“Fransanın xarici işlər naziri Ketrin Kolonna Avropa İttifaqını fəal şəkildə Ermənistanın tərəfinə keçib Azərbaycana qarşı “qətiyyətlə” tutmağa sövq edir”.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın “Frankfurter Allgemeine Zeitung” nəşri yazıb.
Nəşrin yazdığına görə, Kolonna Almaniyanın xarici işlər naziri Annalena Barbokun İrəvana sonuncu səfərində onunla getməyə çalışıb, lakin Berlin bu təklifi rədd edib.
“Fransızların fikrincə, Berlin və Parisin Ermənistana qarşı siyasət məsələsində vahid siyasi cəbhə kimi çıxış etməsi və bununla da bütün Avropa İttifaqına istiqamət verməsi son dərəcə vacibdir”, - deyə nəşr vurğulayıb.
Bizim.Media