Rəsmi Bakı: “Ermənistanın apardığı saxta kampaniyanın heç bir əsası yoxdur”

“Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalı nəticəsində suveren ərazilərimizdə yaratdığı qondarma separatçı rejimin üzvlərinin Azərbaycan tərəfindən həbsinə etiraz olaraq 4 oktyabr tarixində verdiyi bəyanatı qətiyyətlə pisləyirik”. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Qeyd edilib ki, sözügedən bəyanat Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində yürütdüyü təcavüzkar siyasət və əməllərdən əl çəkmədiyini nümayiş etdirir: 

"Bu bəyanat həmçinin həbsi həyata keçirilmiş şəxslər tərəfindən törədilmiş əməllərə bəraət qazandırılması cəhdidir. 

Azərbaycana qarşı təcavüzdə, separatçılığın təşviq edilməsində, terror əməllərində, əsirlikdə olan hərbi qulluqçular və mülki şəxslərə qarşı sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlər törədilməsi və digər faktlar üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrilə başlanmış cinayət işi çərçivəsində qeyd edilən şəxslərin həbsi ədalətin bərpasına xidmət edir və bu addımların legitimliyinin şübhə altına alınması qəbuledilməzdir. 

Qeyd edilənlərlə yanaşı, tərksilaha razı olan minlərlə Ermənistan hərbçilərinin və qanunsuz hərbi birləşmələrin Azərbaycan tərəfindən humanist addım olaraq sərbəst buraxıldığı və heç bir maneə olmadan Ermənistana getdiyi Ermənistan XİN-nə yaxşı məlumdur və bu xüsusda Ermənistanın apardığı saxta kampaniyanın heç bir əsası yoxdur. 

Azərbaycanın Qarabağ bölgəsindən könüllü əsasda Ermənistana getmiş erməni sakinlərin öz yaşayış yerlərinə geri qayıtmasını təşviq etmək əvəzinə, onlar arasında təşviş yaratmaq və Azərbaycana qarşı irqi və etnik nifrət aşılamaq məqsədi daşıyan bu bəyanat Ermənistanın sülh səylərinə mane olan destruktiv fəaliyyətinin tərkib hissəsidir. 

Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində düçar olduğu uğursuzluqlara rəğmən yenə də əsassız olaraq və beynəlxalq hüququn norma və prinsiplərinə zidd şəkildə məhkəmə qarşısında iddialar irəli sürməkdə davam etməsi bu ölkənin Azərbaycanla sülh və normallaşma prosesində maraqlı olmadığını nümayiş etdirir. 
Ermənistanın bu kimi fəaliyyəti bölgədə sülhün, təhlükəsizliyin və ədalətin bərqərar olmasına əsas təhdid mənbəyidir". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

İrandan TƏKZİB - Danışıqlar yalnız bu halda başlayacaq

İrandan TƏKZİB - Danışıqlar yalnız bu halda başlayacaq

Bakıda üç marşrutun hərəkət istiqaməti dəyişdirildi

Bakıda üç marşrutun hərəkət istiqaməti dəyişdirildi

Azərbaycan və Gürcüstan birgə buraxılış məntəqəsi qurur

Azərbaycan və Gürcüstan birgə buraxılış məntəqəsi qurur

Xamenei İranın qələbəsini ELAN ETDİ

Xamenei İranın qələbəsini ELAN ETDİ

Hər gün yediyimiz "zəhər": Şirin ləzzətin qaranlıq tərəfləri

Hər gün yediyimiz "zəhər": Şirin ləzzətin qaranlıq tərəfləri

Xəzərdə ardıcıl TƏKANLAR – Dağıdıcı zəlzələ gözlənilir?

Xəzərdə ardıcıl TƏKANLAR – Dağıdıcı zəlzələ gözlənilir?

"Kurtlar Vadisi"nin "Karahanlı"sı serialdan ayrılma səbəbini AÇIQLADI

"Kurtlar Vadisi"nin "Karahanlı"sı serialdan ayrılma səbəbini AÇIQLADI

“65 mini səhhətimə görə almışam” - Məhkəmədə etiraf

“65 mini səhhətimə görə almışam” - Məhkəmədə etiraf

Melaniya Tramp: “Epşteynlə heç bir əlaqəm olmayıb” – VİDEO

Melaniya Tramp: “Epşteynlə heç bir əlaqəm olmayıb” – VİDEO

Gəlir vergisi artıq belə bəyan ediləcək

Gəlir vergisi artıq belə bəyan ediləcək

Tozsoranı səhv istifadə edirmişik: Cihazın ömrünü uzadan 3 qızıl qayda

Tozsoranı səhv istifadə edirmişik: Cihazın ömrünü uzadan 3 qızıl qayda

Yağışlar kirayə bazarını da “daşırdı” – Qiymətlər “əl yandırır”

Yağışlar kirayə bazarını da “daşırdı” – Qiymətlər “əl yandırır”

Trampdan İrana XƏBƏRDARLIQ: “İndi dayansalar, yaxşı olar” – FOTO

Trampdan İrana XƏBƏRDARLIQ: “İndi dayansalar, yaxşı olar” – FOTO

BİZİM TƏQVİM:10 aprel tarixində baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:10 aprel tarixində baş vermiş tarixi hadisələr

“Yuventus” baş məşqçisi ilə bağlı qərar verdi

“Yuventus” baş məşqçisi ilə bağlı qərar verdi

Mart ayında yükdaşımalar ARTIB

Mart ayında yükdaşımalar ARTIB

"Uzak şehir"in çəkilişləri DAYANDIRILDI

"Uzak şehir"in çəkilişləri DAYANDIRILDI

Bazarda təkərlərin istehsal ili saxtalaşdırılaraq təzə adı ilə satılır – XƏBƏRDARLIQ

Bazarda təkərlərin istehsal ili saxtalaşdırılaraq təzə adı ilə satılır – XƏBƏRDARLIQ

Dünyanın ən böyük çoxayaqlısı: İnsan üçün təhlükəlidir

Dünyanın ən böyük çoxayaqlısı: İnsan üçün təhlükəlidir

Rəsmi Kiyev Rusiya ilə danışıqlardan yeniliklər gözləyir

Rəsmi Kiyev Rusiya ilə danışıqlardan yeniliklər gözləyir

Günel Aslanova vəzifəsindən AYRILDI

Günel Aslanova vəzifəsindən AYRILDI

İsrail “Hizbullah”ın raket məntəqələrinə zərbələr endirdi

İsrail “Hizbullah”ın raket məntəqələrinə zərbələr endirdi

Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub

Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub

End of content

No more pages to load

RADİO