Əməkdar artist Abbas Bağırov arıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşdığı postda bildirib ki, 40 kiloqram çəki atıb.
Belə ki, aylar əvvəl çəkisi 128 kiloqrama qalxan Abbas aktiv idmanla məşğul olub, pəhriz saxlayıb.
Nəticədə Bağırovun çəkisi 88 kiloqrama düşüb. Müğənni yeni çəkidə çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Rəşad Əliyev, Bizim.Media