Xankəndidə naməlum şəxs Rusiya-Azərbaycan birgə patrulunu snayper silahından atəşə tutub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, hadisə nəticəsində ölən və yaralananlar olmayıb.
Qeyd edilib ki, Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan tərəfinin nümayəndələri ilə birgə hadisə yerində araşdırma aparır.
Bizim.Media