Yardımlı İcra Hakimiyyətinin ŞÜBHƏLİ TENDERİ – 750 min manat hara XƏRCLƏNİB? 

Yardımlı Rayon İcra Hakimiyyəti “Yardımlı rayonunda yolların təmiri işlərinin satınalınması” ilə bağlı iyulun 14-də elan etdiyi tenderin nəticələrini və qalibini açıqlayıb.

Bizim.Media xəbər verir ki, maliyyə dəyəri 754 488 manat olan tenderin qalibi “Pro Təmir Tikinti” MMC (VÖEN - 1806049391) elan olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

Şirvan İcra Hakimiyyətindən ŞÜBHƏLİ TENDER – Qalib şirkətin vergi borcu var? – FOTO


Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin şərtlərinə əsasən, şirkət rayonun H. Əliyev, Şəhid Ş.Mirzəyev, 28 May, 29 May, 30 May, 31 May, N.Gəncəvi, V.Nəciyev, M.Mirzəyev, V.Məmmədov, S.Vurğun, R.İsmayılov, Əsədabad və Şəhid S.Səfərov küçələrində təmir və bərpa işləri həyata keçirəcək. 

Qeyd edək ki, “Pro Təmir Tikinti” şirkəti 20 oktyabr 2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. 

Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əliyev küçəsi, ev 30X, mənzil 1-də yerləşir, qanuni təmsilçisi isə Əliyev İlqar Şamil oğludur. 

İnternet və sosial media resurslarında hüquqi təmsilçisi ilə bağlı araşdırma aparsaq da, heç bir məlumat əldə edə bilmədik. Şirkətin nə rəsmi saytı, nə telefonları, nə də sosial media hesabı var. 

Bildirək ki, şirkət cari ilin sentyabr ayının 11-də də Yardımlı RİH-nin eyni adlı və eyni məbləğli tenderinin qalibi olub və eyni küçələrdə təmir-bərpa işləri həyata keçirib. Hazırkı tender isə sentyabrın 29-da elan olunub və aradan 18 gün vaxt keçib. Görünür, bu müddət ərzində müvafiq işlərin görülməsi üçün yenidən 754 488 manat vəsaitə ehtiyac yaranıb.

Bundan əlavə, “Pro Təmir Tikinti” şirkətinin Yardımlı rayon icra başçısının sabiq müavini Mahir Mirzəyevlə əlaqələrinin olması ilə bağlı mətbuatda bir sıra məlumatlar dərc olunub.

Araşdırmalarımız nəticəsində o da məlum oldu ki, şirkətlə Yardımlı  Rayon İcra Hakimiyyəti arasında cəmi 2 ay öncə, 2023-cü ilin avqust ayında “Yardımlı rayonunda abadlıq işlərinin satın alınması” ilə bağlı 59 619 manatlıq satınalma müqaviləsi imzalanıb. 

Bir neçə maraqlı sual ortaya çıxır: 

- Birinci tenderdə açıqlanan 754 488 manat vəsait hara sərf olunub? 

Məsələyə aydınlıq gətirmək üçün Yardımlı RİH-nin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi ilə əlaqə saxladıq. 

İcra Hakimiyyətinin Yusif adlı əməkdaşı suallarımıza cavab olaraq, tenderlə bağlı məsələlərə başqa şəxsin məşğul olduğunu, şəxsi işləri icazə aldığını və işdə olmadığını söyləyib. Yusif müəllimdən bizi məsul şəxslə əlaqələndirməsini istəsək də, o, bundan imtina etdi və suallarımızı özü cavablandırıb.

Tenderlə bağlı məlumatların sistemdə yerləşdirildiyini və sistemə həmin şəxsin cavabdehlik daşıdığını söyləyən müsahibimiz, yuxarıda adı çəkilən Mahir Mirzəyev əvvəllər İH Aparatında işlədiyini, həm başçı müavini, həm də sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışdığını təsdiq edib. 

Adıçəkilən şirkətlə bağlı verdiyimiz suala cavabında isə Yusif müəllim bildirdi ki, qanunun tələblərinə uyğun olaraq, hansı şirkət qalib olursa, tenderin də həmin şirkətə verilib.

Bir ay ərzində eyni məbləğli iki tenderin elan olunması ilə bağlı sualımıza gəlincə, şöbə əməkdaşı, tenderlə bağlı prosedurların hələ yekunlaşmadığını və tenderlərin davam etdiyini vurğulayıb.

Mövzunu diqqətdə saxlayacağıq.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

End of content

No more pages to load

RADİO