Qarabağdakı erməni separatçılarının “keçmiş prezidentləri” İrəvana getməyiblər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın “Aravot” qəzeti öz mənbələrinə istinadən yayıb.
Bildirilib ki, onların taleyi bu gün Qarabağın erməni əhalisinin nümayəndələrinin Xankəndidə Azərbaycan hakimiyyəti ilə görüşündə həll olunacaq.
Ötən gün Ermənistanın hökumətyönlü Telegram kanalı erməni separatçılarının 3 “keçmiş prezidenti”nin, o cümlədən Arayik Arutyunyanın Ermənistana getməsi barədə məlumat yaymışdı.
Bizim.Media