Mənzil kirayə verənlər niyə müqavilədən YAYINIRLAR?

“Bir çox hallarda mənzil kirayə götürənlə kirayə verən arasında müqavilə imzalanmır. Ona görə ki, həm ev sahibi, həm də ortada vasitəçilik edən makler əldə etdikləri gəlir müqabilində dövlətə vergi ödəməlidir. Bundan yayınmaq üçün ev sahibləri kirəyə götürənlə qeyri-rəsmi, şifahi razılaşma əldə edir və mənzili ona verirlər”. 

Bu sözləri Bizim.Media açıqlamasında daşınmaz əmlak məsələləri üzrə ekspert Vüqar Oruc bildirib. 

Onun sözlərinə görə, əgər müqavilə bağlanarsa, o zaman həm makler, həm də sahibkar öz fəaliyyətini hüquqi müstəviyə daşıyacaq:

“Beləliklə, onların gəlirləri barədə məlumat əldə olunur və bundan da vergi tutulur. Ancaq müqavilə olmadığı üçün gələcəkdə çox ciddi problemlər yarana bilər. Bəzi hallarda makler tərəfləri aldadır. Yaxud, kirayəçinin əslində evin öz sahibi olmadığı ortaya çıxır. 

Buna görə də, kirayə götürmək istəyən şəxs ilk növbədə evin sənədlərinə baxmalı və birbaşa evin sahibi ilə görüşməli və müqavilə bağlamalıdır. Əgər başqa bir şəxs evin sahibini əvəz edirsə, o zaman mütləq onun adına etibarnamə verilməlidir. Ona görə ki, başqa bir şəxsin kiminsə evini kirayə vermək hüququ yoxdur. 

Digər tərəfdən, əgər hər şey hüquqi cəhətdən həll olunursa və müqavilə bağlanırsa, o zaman onların vəzifə və öhdəlikləri də əks olunmalıdır. Bununla belə, gələcəkdə aralarında hansısa problem yaranarsa, tərəflərdən biri şikayət etmək hüququ əldə edir. Yaxud da, tərəflər qeyri-rəsmi razılaşma əldə ediblərsə, bu hüquq olmur”.   

Müsahibimiz vurğulayıb ki, bu problemlərin aradan qalxması üçün əhalinin iqtisadi maariflənməsinə ehtiyac var:

“Evini kirayə verən başa düşməlidir ki, sənədsiz və hüququ əsas olmadan belə addım atmaq ona baha başa gələ bilər. Belə ki, kirayənişin evinə zərər vura və ya digər məqsədlər üçün istifadə edə bilər. Hətta mənzilində hansısa cinayət hadisəsi baş verə bilər”.  

Problemin inzibati cəhətdən də həlli olduğunu söyləyən müsahibimiz, bunun uzun müdddətli məsələ olduğunu diqqətə çatdırdı: 

“Əslində bunun yoxlamasını müvafiq dövlət qurumları həyata keçirməlidir. Əgər ev şəxsə kirayə müqaviləsi olmadan verilirsə, ev sahibi cərimə olunmalıdır. Vətəndaşlar da bunu anlamalı və gələcəkdə problemin olmaması üçün bütün razılaşmalar sənəddə əksini tapmalıdır. 

Beynəlxalq təcrübədə bu cür təcrübə var. Belə ki, vətəndaş öz mənzilini kirayə verən zaman müqavilədə əşyaları qeyd edir, hətta təzminatla bağlı məbləğ müəyyən olunur. Əgər kirayə qalan şəxs evdən çıxan zaman əşyalara və ya mənzilə zərər vurarsa, bu, həmin məbləğdən çıxılır. Məhz bu istiqamətdə müəyyən təkmilləşdirmələrin aparılmasına ciddi ehtiyac var. Tərəflər üçün ən doğru yol, vergini vermək və müqaviləni qanuni şəkildə bağlamaqdır”.  

Kirayə müqaviləsində nəzərdə tutulan verginin 14 faiz həcmində olduğunu söyləyən ekspert hesab edir ki, müvafiq dövlət qurumları bunu bir qədər azalda bilər:

“Əslində, bu həcm elə də böyük məbləğ hesab edilmir. Ona görə ki, mənzili kirayə vermək də sahibkarlıq fəaliyyəti hesab olunur. Mövcud qanunvericiliyə əsasən, sahibkarıqla məşğul olan istənilən şəxs dövlətə vergi verməlidir”. 

V.Oruc onu da vurğulayıb ki, müqavilə olmadığı üçün bəzi hallarda ev sahibi kirayədə qalan şəxsi ya səbəbsiz evdən çıxarır, ya da evin qiymətini artırır:

“Yaxud da ayın sonuna yaxın kirayənişin növbəti ayın pulunu ödəmədən və xəbərdarlıq etmədən evi tərk edir. Belə hallarla bağlı bizə də müraciətlər edilir. Biz onları polis orqanlarına yönəldirik. Bu zaman araşdırma aparılır, müvafiq şahidlər dinlənilir və ona uyğun qərarlar verilir. Ancaq müqavilə olarsa, araşdırma aparmaq daha rahatdır, çünki, sənəddə hər şey əks olunub. Əgər müqavilə müddətində ev sahibi səbəbsiz yerə şəsxi evdən çıxara, yaxud kirayə haqqını artıra bilməz. Deməli, müqavilə hər iki tərəf üçün uğurlu variantdır”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

End of content

No more pages to load

RADİO