“Bugün təslim olan David Babayanı tələbə vaxtlarından tanıyıram”.
Bizim.Media xəbər verir ki, bu sözləri Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov sosial şəbəkə hesabında yazıb.
ReAL sədri bu gün Azərbaycana təslim olan qondarma rejimin müşaviri David Babayanı tanıdığını qeyd edib:
“Dilimizi bilməsə də, Azərbaycan atalar sözlərinə təbiəti bilinməyən həvəsi vardı, bəlkə də bütün bir kitabı əzbərləmişdi. Ümumiyyətlə, əzbərçi insan tipindəndir. Müharibə cinayətlərində təqsiri araşdırlsın, görək nə olur”.
Bizim.Media