Müğənni Samirə Əliməryəm Vətən müharibəsində iştirak edən qazilər və onların ailələri ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat verib.
Sumqayıt şəhərinə yollanan Samirə qazi Rəvan Əzizovun yaşadığı evə yollanıb. Müğənni orada Rəvanın özü və ailəsi ilə yaxından tanış olub.
Müğənni, həmçinin İkinci Qarabağ müharibəsində şücaət göstərən Cahangir Əliyevlə də görüşüb.Əliməryəm bildirib ki, qazi olan Cahangir 15 dəfə əməliyyat keçirib. Samirə xatirə olaraq Cahangir və anası ilə fotolar çəkdirib.
Rəşad Əliyev, Bizim.Media