“Çocuklar duymasın” serialında Sultan rolunda çəkilən türkiyəli aktrisa Seda Fettahoğlunun İstanbulda parkda meyiti tapılıb.
Bizim.Media Tütkiyə mediasına istinadən xəbər verir ki, onun cəsədi Beyoğlu, Ömer Avni Məhəlləsində polis tərəfindən aşkarlanıb.
Hadisə yerində aparılan araşdırma zamanı meyitin yanında yerdə Seda Fettahoğlu adına sənədli tapança, 7 ədəd güllə və 1 ədəd boş patron darağı tapılıb. Aktrisanın çantasında bəzi antidepresan dərmanları olub.
Onun intihar etdiyi ehtimal olunur. Lakin Sedanın ölümündən 4 gün əvvəlki həyatla bağlı pozitiv paylaşımları izləyicilərdə onun öldürülə biləcəyi şübhələrinə də səbəb olub.
Bizim.Media