Prodüser Tarix Əliyevin (Tolik) aparıcısı olduğu “Tarixin bir günü” verilişi bir müddət efirdə yayımlanmayacaq.
Bizim.Media xəbər verir ki, bununla bağlı Tolik sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, sözügedən proqramın yayımlanmamasına səbəb sentyabrın 20-də başlanılan antiterror tədbirləri nəticəsində Azərbaycanın şəhid verməsidir:
“Qarabağda baş verən qələbə xəbərlərinə görə sevinsək də, şəhid xəbərlərinə göz yaşı axıdırıq. Bu səbəbdən layihə rəhbəri və aparıcısı olduğum “Tarixin bir günü” verilişi bir həftə yayımlanmayacaq”.
Rəşad Əliyev, Bizim.Media