Ararat Mirzoyan Azərbaycanın daxili işlərinə qarışır - BƏYANAT

“Biz Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi müzakirələrində etdiyi çıxışında Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qəsd edən və onun daxili işlərinə qarışan mövqe sərgiləməsini qınayırıq”.

Bu barədə Bizim.Media-ya Qərbi Azərbaycan İcmasından (QAİ) məlumat daxil olub.
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağdakı erməniləri qəbul etməyə hazırıq” - Paşinyan


Məlumatda bildirilir ki, nazir Mirzoyan Qarabağdakı keçmiş qanunsuz rejimin qalıqlarının kapitulyasiya bəyanatlarında da etiraf etdikləri kimi, Ermənistanın silahlı qüvvələrinin Azərbaycan ərazisində qanunsuz şəkildə yerləşdirilməsinə izahat vermək əvəzinə Azərbaycanı guya Ermənistanın ərazi bütövlüyünə təhdid törətməkdə imtina etməsi riyakarlıqdır.

Xatırlatmaq istərdik ki, Azərbaycanın Qazax və Sədərək rayonlarının 8 səkkiz kəndi hələ də Ermənistanın işğalı altındadır və o kəndlərin 10 minə yaxın əhalisi 30 ildir öz evlərinə qayıda bilmirlər:

"Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal etməsinə, oradan bir milyona yaxın azərbaycanlını qovmasına, 20 mindən artıq azərbaycanlı mülki şəxsi öldürməsinə, minə yaxın Azərbaycan şəhər və kəndini dağıtmasına görə daşıdığı cavabdehliyi qarşılamaq və barışıq üçün hələ də lazımi addımlar atmayıb.

Ermənistanın nazirinin Azərbaycanın Qarabağ bölgəsində guya humanitar problemlər olması barədə iddiası və oraya BMT-nin qurumlararası missiyasının göndərilməsi barədə təklifi ilə bağlı qeyd etmək istərdik ki, Ermənistanın atmalı olduğu addım Azərbaycana qarşı törətdiyi işğal, qətliam, etnik təmizləmə və dağıntılara görə məsuliyyəti üzərinə götürmək və Azərbaycan hökumətinin Qarabağda apardığı re-inteqrasiya və yenidən qurma işlərinə dəstək verməkdir.


BMT-nin qurumlararası missiyasının getməli olduğu ölkə isə Ermənistandır. Xatırladaq ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtması prosesinə yardım etmək üçün BMT-nin qurumlararası missiyasının Ermənistana göndərilməsi üçün biz hələ bu ilin aprel ayında BMT-nin Baş katibinə müraciət etmişik.

Lakin Ermənistan hökuməti razılıq vermədiyi üçün missiyanın orada göndərilməsi hələlik mümkün olmayıb.

A.Mirzoyanın “Azərbaycan ordusunun və hüquq-mühafizə orqanlarının Qarabağdakı yaşayış məntəqələrindən geri çəkilməsi”nə, “BMT tərəfindən mandat verilmiş sülhməramlı qüvvələrin Qarabağda yerləşdirilməsi”nə çağırması olduqca məsuliyyətsiz və təhlükəli açıqlamadır. Özünün suverenliyini, ərazi bütövlüyünü, “qırmızı xətt”lərini daim qabardan Ermənistanın Azərbaycanı öz suveren ərazilərindən geri çəkilməyə çağırması bir daha rəsmi İrəvanın Azərbaycana qarşı ərazi iddiasını, sadəcə bunu indi başqa ad altında pərdələməyə məcbur olmasını sübut edir.

“BMT tərəfindən mandat verilmiş sülhməramlı qüvvələr” dedikdə yəqin ki erməni nazir Avropa İttifaqının Ermənistandakı missiyasının Azərbaycan ərazilərində yerləşdirilməsi kimi xam xəyalı nəzərdə tutur. Aydındır ki, bunu Avropa İttifaqı, Fransa, Almaniya kimi ölkələr A.Mirzoyanın çıxışına salıblar.

Ermənistan bilməlidir ki, Brüsseldə oturub boş-boş bəyanat verən Marina Kalyurand, Natali Luazo kimi səlibçilərə, Fransa, Almaniya, Litva, Estoniya kimi ölkələrə, Luis Okamponun cızmaqarasına, Snop Doqqun tvitinə arxalanıb Azərbaycana qarşı çirkin siyasətini davam etdirməklə sülhə nail olmaq olmaz.

A.Mirzoyanın çıxışı onu göstərir ki, daşnak və mağara təfəkkürlü erməni diplomatları bölgədə sülh və barışığa maneə olmaqla yanaşı, həm də Ermənistanın bu 30 il ərzində “baş tutmamış dövlət” olmasının əsas səbəbkarlarından biridir.

Demokratiyadan danışan erməni nazirə son günlər Ermənistanda baş verən vətəndaş müharibəsini, polis zorakılığını, kütləvi saxlanılmaları xatırladırıq. Biz Ermənistan hökumətindən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qəsdini, onun daxili işlərinə qarışmağı dərhal dayandırmağı, Azərbaycanın işğal altında olan 8 kəndini azad etməyi, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına şərait yaratmağı və bu məqsədlə, BMT-nin qurumlararası missiyasının Ermənistana göndərilməsinə razılıq verməyi tələb edirik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalada fındıq bağında meyit TAPILDI

Zaqatalada fındıq bağında meyit TAPILDI

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

Bir meyvə, min faydası: Heyvanın sirri

Bir meyvə, min faydası: Heyvanın sirri

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Buna görə ad günü keçirtmir

Buna görə ad günü keçirtmir

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

Mehin ərə gedir

Mehin ərə gedir

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

End of content

No more pages to load

RADİO