Qarabağdakı antiterror tədbirləri dünya mətbuatının GÜNDƏMİNDƏ – FOTO  

Bütün Amerika qitəsi üzrə fəaliyyət göstərən Kolumbiyanın aparıcı xəbər telekanalı “NTN24”-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri və onun nəticələrinə dair geniş süjet yayımlanıb.

Bizim.Media xəbər verir ki, süjetdə telekanalın jurnalisti tərəfindən mövzu ilə əlaqədar ölkəmizin Kolumbiyadakı səfiri Məmməd Talıbova ünvanlanmış suallara ətraflı cavablar da əksini tapıb. 

Qeyd olunub ki, Ermənistan tərəfinin bitməyən təxribatları, törətdiyi terror əməlləri və 2020-ci ilin 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə riayət etməməsi lokal xarakterli antiterror tədbirlərini qaçınılmaz etdi. Erməni silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən həyata keçirilmiş sonuncu terror aktı zamanı 2 nəfər mülki şəxs olmaqla, 7 polis əməkdaşı həyatını itirdi.  

Nəticədə Qarabağda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. 

Süjetdə Azərbaycanın 24 saatlıq antiterror tədbirlərinin sonunda qarşısına qoyduğu məqsədlərə tam şəkildə nail olduğu, tədbirlərin nəticəsi olaraq Xankəndidə məskunlamış separatçı rejimin təslim olduğu və onların hərbi arsenalının dağıdılaraq məhv edildiyi bildirilir.
Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi ilə əldə olunmuş razılığa əsasən, Ermənistanın Qarabağda məskunlaşan silahlı birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır, həmçinin bütün silah-sursat və ağır texnika təhvil verilir. 

Eyni zamanda, sentyabrın 21-də Azərbaycan mərkəzi hökumətinin təmsilçiləri ilə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında Yevlax şəhərində keçirilən görüşün əhəmiyyətinə diqqət çəkilir, uzun illər kriminal xunta rejiminin əsirinə çevrilmiş bölgənin erməni sakinlərinin artıq azadlıq əldə etdikləri, onların bütün hüquqlarının təmin ediləcəyi və Azərbaycan cəmiyyətinə sosial-iqtisadi reinteqrasiya planının hazır olduğu vurğulanır. 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

End of content

No more pages to load

RADİO