"İndi bizim bütün ərazimizdə suverenliyimiz təmin olunub" - Elçin Əmirbəyov

Əldə olunmuş razılaşmada deyildiyi kimi, separatçılar buraxılmalıdırlar. Bu antiterror tədbirlərindən sonra Azərbaycan özünün bu ərazisi üzərindəki suverenliyini tam bərpa etdi. Həmçinin məlumdur ki, beynəlxalq hüquqa əsasən, o cümlədən dünya ictimaiyyətin qəbul etdiyi kimi, bu torpaqlar Azərbaycan ərazisidir.

Hamı, o cümlədən Fransa bu faktı qəbul edir. Hesab edirəm, bu razılaşmanın vacib nəticələrindən biri də ondan ibarətdir ki, bu, Azərbaycanla Ermənistan arasında münasibətlərin həlli üçün mühüm təsirə malik olacaq. Söhbət danışıqlar mövzusu olan sülh müqaviləsinin imzalanmasından gedir.

Çünki qeyri-qanuni erməni hərbçilərinin ərazimizdə olması həm iki ölkə arasında danışıqlara, həm də sülh prosesinin davam etdirilməsinə ən ciddi maneə idi. Güman edirik ki, separatçılar qanunsuz silahlı birləşmələrini ləğv edib silahlarını təhvil verəndən sonra, həmçinin Ermənistan ordusunun qalıqları ölkəmizi tərk edəndən sonra bu, Ermənistanla Azərbaycan arasında səmərəli dialoqa öz müsbət təsirini göstərəcək, həmçinin sülh müqaviləsinin razılaşdırılması və imzalanması üçün münbit şərait yaradacaq.Bir ilə yaxındır ki, bu müzakirələr davam edir.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “İ24” kanalına müsahibəsində səsləndirib.

Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi aparıcının suallarını cavablandırarkən qeyd edib ki, orada cəmi 50 minə yaxın erməni əsilli sakin yaşadığı halda, 120 min rəqəmi işlədilir.Bu rəqəmə 10 min silahlı da daxildir ki, onlar da tərksilah olunub ərazimizi tərk etməlidirlər.

Bunun sülh üçün çox vacib olduğunu deyən E.Əmirbəyov vurğulayıb:

“Həmin razılaşmaya da bu mənada əməl olunmalıdır. Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının təmsilçiləri ilə Qarabağdakı erməni sakinlərin nümayəndələri arasında keçirilən görüşdə Qarabağda yaşayan ermənilərin Azərbaycanın siyasi və iqtisadi məkanına reinteqrasiyası məsələləri müzakirə olunacaq. Bizim tərəfimizdən bununla bağlı artıq müvafiq fikirlər və hətta tədbirlər planı hazırlanıb. Həmin təkliflər erməni icmasının nümayəndələrinə təqdim olunacaq.

Buraya onların hüquqları və Azərbaycan vətəndaşları kimi əldə edəcəkləri haqqlar daxildir. Vacib olan odur ki, erməni nümayəndələr konstruktiv davransınlar. Təbii ki, bu da həm danışıqlara, həm də onun nəticə verməsinə müsbət təsir göstərə bilər”.

Prezidentin nümayəndəsi hesab edib ki, ərazimizdə qanunsuz silahlı birləşmələrin mövcudluğu problem aradan qaldırılmalı idi. İndi bizim bütün ərazimizdə suverenliyimiz təmin olunub. Ona görə də Ermənistan Azərbaycanla müzakirələri, danışıqları bərpa etməlidir.
Ermənistanla müzakirə aparan bizim heyətimizin üzvü kimi deməliyəm ki, sülh müqaviləsinin layihəsinin demək olar yarısı razılaşdırılıb və bu, hər iki tərəfin konstruktiv yanaşması yolu ilə edilib.

İndi bizim dünyanın, xüsusilə də hər iki xalqın – azərbaycanlıların və ermənilərin qəbul edəcəkləri müsbət nəticəyə gəlmək üçün daha çox ümidimiz var. Hazırda onların yaxşı qonşular kimi sülh, sabitlik və tərəqqi şəraitində həyatlarını davam etdirmələri üçün şansları yaranıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Papaya de, oyunçu alsın...” - Video

“Papaya de, oyunçu alsın...” - Video

Ukrayna müharibəsi 2026-cı ildə bitə bilərmi? — 3 real ssenari

Ukrayna müharibəsi 2026-cı ildə bitə bilərmi? — 3 real ssenari

Trampın sülh planı dalana dirəndi: Ukrayna–Rusiya danışıqlarında 3 əsas problem

Trampın sülh planı dalana dirəndi: Ukrayna–Rusiya danışıqlarında 3 əsas problem

Narkotik testi müsbət çıxdı: Serialdan göz yaşları ilə ayrıldı – FOTO/VİDEO

Narkotik testi müsbət çıxdı: Serialdan göz yaşları ilə ayrıldı – FOTO/VİDEO

Pley-off "Qarabağ"a bu qədər qazanc gətirdi

Pley-off "Qarabağ"a bu qədər qazanc gətirdi

Hökməli yolunda TƏHLÜKƏLİ ANLAR: Sürücülər yarışa çıxdılar – VİDEO

Hökməli yolunda TƏHLÜKƏLİ ANLAR: Sürücülər yarışa çıxdılar – VİDEO

Sərnişinlərə ŞAD XƏBƏR – Bu köhnə avtobuslar yenilənir

Sərnişinlərə ŞAD XƏBƏR – Bu köhnə avtobuslar yenilənir

MÜHARİBƏ BAŞLAYIR? - Yaxın 48 saat ərzində...

MÜHARİBƏ BAŞLAYIR? - Yaxın 48 saat ərzində...

Satıcı işlədiyi mağazada zəhərlənmədən VƏFAT ETDİ

Satıcı işlədiyi mağazada zəhərlənmədən VƏFAT ETDİ

Xoşqədəm: "Dəli şeytan deyir, dur get "Survivor"a" - FOTO

Xoşqədəm: "Dəli şeytan deyir, dur get "Survivor"a" - FOTO

Ödənilməyən cərimələr bu qaydada TUTULACAQ

Ödənilməyən cərimələr bu qaydada TUTULACAQ

Gəncədə 5 yaşlı qız qıcolmadan vəfat etdi

Gəncədə 5 yaşlı qız qıcolmadan vəfat etdi

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Türkiyədə TUTULDU

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Türkiyədə TUTULDU

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Şəmşad Ağa anasının dəfn mərasimində iştirak edəcək - İcazə verildi

Şəmşad Ağa anasının dəfn mərasimində iştirak edəcək - İcazə verildi

Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi

Rusiya güzəştə RAZILIQ VERDİ – Növbəti siyasi gediş, yoxsa sülh üçün SON ŞANS?

Rusiya güzəştə RAZILIQ VERDİ – Növbəti siyasi gediş, yoxsa sülh üçün SON ŞANS?

Bakıda istixanadan 50 minlik oğurluq: Evakuator çağıraraq... – VİDEO

Bakıda istixanadan 50 minlik oğurluq: Evakuator çağıraraq... – VİDEO

Böyük uduş qazandı, narkotik fabriki yaratdı - FOTO

Böyük uduş qazandı, narkotik fabriki yaratdı - FOTO

Göyçay qəzasında xəsarət alanların SON DURUMU

Göyçay qəzasında xəsarət alanların SON DURUMU

Qanunvericiliyə yeni anlayışlar əlavə olunur – SİYAHI

Qanunvericiliyə yeni anlayışlar əlavə olunur – SİYAHI

Son iki ayda Azərbaycanda 500-ə yaxın adam ad dəyişdirib - RƏSMİ

Son iki ayda Azərbaycanda 500-ə yaxın adam ad dəyişdirib - RƏSMİ

Cinayət mühakimə icraatı bu qaydada APARILACAQ – YENİLİK

Cinayət mühakimə icraatı bu qaydada APARILACAQ – YENİLİK

ABŞ ələ keçirdiyi tankerlərdən birini Venesuelaya qaytardı

ABŞ ələ keçirdiyi tankerlərdən birini Venesuelaya qaytardı

End of content

No more pages to load

RADİO