Xarici İşlər Nazirliyindən hərbi əsirlərlə bağlı sərt BƏYANAT: “İddiaları rədd edirik” - VİDEO

“Azərbaycan beynəlxalq humanitar hüquq və insan haqqları hüququ daxil olmaqla, beynəlxalq normalara riayət olunmasına sadiqdir. Biz “Human Rights Watch” (HRW) təşkilatının hərbi əsirlərlə Cenevrə Konvensiyalarına uyğun rəftar olunmaması ilə bağlı iddialarını rədd edirik”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “Human Rights Watch” təşkilatının məruzəsində erməni əsirləri ilə pis rəftar halları barədə iddialara cavab olaraq bildiriblər.

 

MÖVZU İLƏ BAĞLI:

''Ermənistan XİN bunları unutmamalıdır'' - Rəsmi Bakı  


“Təəssüf edirik ki, HRW tərəfindən erməni əsirlərinə qarşı pis rəftar hallarının olduğunu iddia edən son hesabat birtərəfli xarakter daşıyır, obyektiv vəziyyəti əks etdirmir. Əsassız dəlillərə və yoxlanılmayan faktlara əsaslanan bu cür hesabatların sistematik olması onların etibarlılığını şübhə altına alır.

Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun olaraq rəftar edilib. Onlar işgəncə, alçaldıcı və pis rəftara məruz qalmayıblar, olanlara lazımi tibbi yardım göstərilib və hər biri saxlanıldıqları müddətdə tibbi müayinədən keçirilib.

Müayinə zamanı xəsarət izləri aşkar olunmayıb (döyüş əməliyyatlarında alınan zədələr istisna olmaqla).

Azərbaycanda hərbi əsirlərin olması iddialarına gəldikdə isə vurğulamaq istərdik ki, Azərbaycan bütün hərbi əsirləri Ermənistana qaytarıb. Bu, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə razılaşdırılıb.

2020-ci ilin oktyabr ayından etibarən erməni hərbi əsir və mülki şəxslərə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri tərəfindən müntəzəm baş çəkilib və ailə üzvləri ilə telefon və video danışıqlarına icazə verilib.

Əlavə olaraq, Azərbaycan Respublikası Ombudsman Aparatının nümayəndələri hərbi əsirlərin və mülki şəxslərin saxlandıqları yerləri ziyarət edərək onların şəraiti ilə tanış olublar.

Azərbaycanda sui-istifadə halları ilə əlaqəli olduğu iddia edilən şəxslərə qarşı cinayət işləri açılıb. Xatırladaq ki, dəfələrlə edilən müraciətlərə və çoxsaylı iddialara baxmayaraq, Ermənistan azərbaycanlı əsirlərə və həbsdə saxlanılan mülki şəxslərə qarşı alçaldıcı rəftar halları ilə bağlı hər hansı bir araşdırmaya başlamayıb.

Bir daha vurğulayırıq ki, Azərbaycan hərbi əsir kimi təsnif edilən bütün məhbusları geri qaytarıb.

Biz müvafiq beynəlxalq institutları qərəzli mövqedən çəkinməyə və bölgədəki münaqişədən sonrakı vəziyyətlə bağlı hesabatlar tərtib edərkən tam qərəzsizliyi və peşəkar münasibəti təmin etməyə çağırırıq", - XİN-dən bildirilib.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Beşiktaşı"ın futbolçusu klubdan ağlayaraq ayrıldı - VİDEO

"Beşiktaşı"ın futbolçusu klubdan ağlayaraq ayrıldı - VİDEO

Salyandakı qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Salyandakı qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

İranda etirazlar DAVAM EDİR: İki nəfər ölüb, 30 yaralı var - VİDEO

İranda etirazlar DAVAM EDİR: İki nəfər ölüb, 30 yaralı var - VİDEO

Cəbrayıl və Füzulidə yanğın başladı - Kəndlərə yayılır - FOTO

Cəbrayıl və Füzulidə yanğın başladı - Kəndlərə yayılır - FOTO

“Karvan” qrupunun təsisçisi VƏFAT ETDİ

“Karvan” qrupunun təsisçisi VƏFAT ETDİ

ÇL-nin oyunları bu topla OYNANILACAQ

ÇL-nin oyunları bu topla OYNANILACAQ

Netanyahu: “İsrail Livana hücum edəcək”

Netanyahu: “İsrail Livana hücum edəcək”

Elnarə Abdullayevaya ağır itki - FOTO

Elnarə Abdullayevaya ağır itki - FOTO

Ağ Ev: “Qrenlandiyanın alınması ABŞ üçün sərfəlidir”

Ağ Ev: “Qrenlandiyanın alınması ABŞ üçün sərfəlidir”

Salyanda mikroavtobus minik avtomobili ilə toqquşub, doqquz nəfər xəsarət aldı

Salyanda mikroavtobus minik avtomobili ilə toqquşub, doqquz nəfər xəsarət aldı

"Nərimanov"da qatarın altına düşərək ölən şəxsin kimliyi BİLİNDİ

"Nərimanov"da qatarın altına düşərək ölən şəxsin kimliyi BİLİNDİ

“Qarabağ” 2 milyonluq hücumçu ilə MARAQLANIR

“Qarabağ” 2 milyonluq hücumçu ilə MARAQLANIR

Blogerlə izləyicisinin davası MÜZAKİRƏ YARATDI: “”Çuşka” yığını deyəndə….” - FOTO

Blogerlə izləyicisinin davası MÜZAKİRƏ YARATDI: “”Çuşka” yığını deyəndə….” - FOTO

Britaniya ABŞ hökumətinin xahişi ilə Rusiya tankerinin ələ keçirilməsinə YARDIM EDİB

Britaniya ABŞ hökumətinin xahişi ilə Rusiya tankerinin ələ keçirilməsinə YARDIM EDİB

Sürücülərin NƏZƏRİNƏ: Bakının bir sıra yollarında sürət həddi endirildi

Sürücülərin NƏZƏRİNƏ: Bakının bir sıra yollarında sürət həddi endirildi

Ronaldonun iddialı arzusu: klubu satın almaq istəyir

Ronaldonun iddialı arzusu: klubu satın almaq istəyir

Bakıda qətl törədib meyitin hissələrini Ağsuya aparanlara ittiham ELAN EDİLDİ

Bakıda qətl törədib meyitin hissələrini Ağsuya aparanlara ittiham ELAN EDİLDİ

Leyla Əliyeva Qusarda “Kənd Həyatı” layihəsinin qonağı olub - FOTO/VİDEO

Leyla Əliyeva Qusarda “Kənd Həyatı” layihəsinin qonağı olub - FOTO/VİDEO

Röya efirə 3 minlik libasla ÇIXDI - VİDEO

Röya efirə 3 minlik libasla ÇIXDI - VİDEO

Braziliyalı futbolçu “Beşiktaş”dan AYRILDI

Braziliyalı futbolçu “Beşiktaş”dan AYRILDI

Lənkəranda iki bacı dəm qazından ZƏHƏRLƏNDİ

Lənkəranda iki bacı dəm qazından ZƏHƏRLƏNDİ

Şəhərdə yaşayanların DİQQƏTİNƏ: Bu səbəbdən ürək xəstəlikləri və piylənmə riskiniz var

Şəhərdə yaşayanların DİQQƏTİNƏ: Bu səbəbdən ürək xəstəlikləri və piylənmə riskiniz var

“İmişli” hücumçusu ilə yollarını ayırdı

“İmişli” hücumçusu ilə yollarını ayırdı

Polkovnik vəzifəsindən azad edildi - FOTO

Polkovnik vəzifəsindən azad edildi - FOTO

End of content

No more pages to load

RADİO