İsmayıllıdan Şamaxıya enən, əks istiqamətdən üzü yuxarı qalxan, aşırımda qatı duman var.
Bu barədə sosial media istifadəçiləri məlumat paylaşıb.
Təxminən sözügedən istiqamətdə 15 km-ə qədər yolda qatı duman müşahidə olunur.
Dumanın kəskin olması avtomobildən 1 metrdən artıq məsafəni görməyə imkan vermir.
Baxmayaraq ki, bir çox avtomobillərin qəza işıqları və duman işıqları yanılı hərəkət edir, lakin yenə də sürücü qarşıdan gələn nəqliyyat vasistəsini görə bilmir.
Bizim.Media