Çinin Yunhai 1-02 hava peyki bir il yarım fəzada qaldıqdan sonra partlayıb.
Çin meteoroloji peykinin izlədiyi Yunhai 1-02, 21 dağıntı buluduna çevrilərək çöküb.
“China Aerospace Science and Technology Corporation” tərəfindən hazırlanan peyk, okean şəraitini və təbii fəlakətləri izləmək üçün hazırlanmışdı. Yalnız bir il yarım orbitdə çalışdıqdan sonra kosmik gəmi naməlum səbəblərdən partlayıb.
Bununla bağlı müxtəlif versiyalar irəli sürülür. Peykin məhvində kənar qüvvənin əli olduğu ehtimal edilir.
Hazırda Çin hökuməti peykin məhv olunmasının səbəblərini araşdırır.
Bizim.Media
