Dünya pop səhnəsinin ulduzu Rihanna yeni doğulan Riot Rose Myers adlı körpəsini ictimaiyyətə göstərib.
Bizim.Media xəbər verir ki, avqustun birində Los-Ancelesdəki özəl klinikaların birində ikinci dəfə ana olan sənətçi iki övladı və nişanlısı reper Eysap Rokki ilə məkanların birində paparazzilərin obyektivinə tuş gəlib.
Qeyd edək ki, xarici mətbuat cütlüyün yeni körpələrinə Riot Rose Myers adı verməsini Eysap Rokkinin bu ilin əvvəlində Farell Uilliams ilə birlikdə yayımlanan “Riot” mahnısı ilə əlaqələndirib.
Barbados gözəli keçən ilin mayında dünyaya gələn böyük oğluna RZA Atelston Mayers adını verib. Rihanna bir neçə dəfə RZA-nın fotolarını sosial şəbəkə hesabında paylaşıb.
Rəşad Əliyev, Bizim.Media