Nazir: "Qarabağda mülki şəxslərin zərər görməməsi üçün bütün tədbirlər görülüb" - FOTO

19 sentyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının açılışında iştirak məqsədilə Nyu York şəhərinə işgüzar səfəri çərçivəsində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb. 

XİN-dən Bizim.Media-ya bildirilib ki, nazirlər Azərbaycan və İtaliya arasında əlaqələrin bütün sahələrdə, xüsusilə, iqtisadi, enerji, humanitar əlaqələrin yüksələn xəttlə inkişafından məmnunluq ifadə ediblər. Bu kontekstdə, iki ölkə arasında yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb. 

Nazir Ceyhun Bayramov tərəf müqabilini Azərbaycan tərəfindən post-münaqişə dövründə Ermənistan ilə ikitərəfli münasibətlərin normallaşması və azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması istiqamətində Azərbaycan tərəfindən atılan ardıcıl addımlar haqqında məlumatlandırıb.

İtaliya şirkətlərinin azad edilmiş ərazilərdə bərpa və yenidən qurma işlərində yaxından iştirak etməsi məmnunluqla qeyd edilib. 

Nazir Ceyhun Bayramov İtaliyadan olan həmkarını regiondakı son vəziyyət və Azərbaycan tərəfindən başladılan lokal anti-terror əməliyyatı barədə məlumatlandırıb və bu əməliyyatı şərtləndirən amilləri diqqətə çatdırıb. 

Nazir C.Bayramov vurğulayıb ki, beynəlxalq hüququ və 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 4-cü bəndini kobud şəkildə pozmaqla Ermənistanın hələ də öz silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmaması, bütün mümkün siyasi, hərbi, maliyyə və ideoloji vasitələrlə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı seperatçılığı dəstəkləməkdə və təşviq etməkdə davam etməsi regionda gərginliyin əsas səbəbidir. 
Ermənistan və onun tərəfindən Azərbaycanın suveren ərazilərində yaradılmış qanunsuz rejim tərəfindən son günlər ərzində hərbi təxribatların xüsusilə intensivləşdiyi, hərbi-quruculuq işlərinin geniş miqyas aldığı və döyüş mövqelərinin davamlı şəkildə gücləndirilməsinin müşahidə edildiyi, bütün bunların Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələri tərəfindən növbəti dəfə iri miqyaslı hərbi təxribata hazırlıq gördüyünə dəlalət etdiyi qeyd edilib. 

Son olaraq, 19 sentyabr tarixində qanunsuz erməni hərbi birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən basdırılmış minaların partlaması nəticəsində aralarında ərazidə xidmət aparan Daxili İşlər Nazirliyinin əməkdaşları, habelə bərpa işlərinə cəlb edilmiş mülki şəxslərin olduğu 6 nəfərin həlak olduğu və 6 nəfərin isə ciddi xəsarət aldığı vurğulanıb. 

Silahlı qüvvələr tərəfindən həyata keçirilən lokal anti-terror əməliyyatının müstəsna olaraq legitim hərbi hədəflərə qarşı aparıldığı, Ermənistanın qanunsuz hərbi infrastrukturunu zərərsizləşdirmək məqsədi güddüyü qeyd edilib. 

Nazir C.Bayramov vurğulayıb ki, əməliyyat gedişində mülki şəxslərin və mülki infrastruktura zərər dəyməməsi üçün bütün tədbirlər görülüb.

Azərbaycan tərəfi dəfələrlə bəyan etdiyi kimi, Qarabağ İqtisadi rayonunun erməni sakinlərinin bütün hüquq və azadlıqlarının, onların təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və tərəfdar çıxdığı beynəlxalq insan hüquqları mexanizmləri əsasında təmin etməkdə qətiyyətlidir. 

Nazir C.Bayramov vurğulayıb ki, bölgədə vəziyyətin sabitləşməsi üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən tam çıxarılması, qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilməsi, qanunsuz rejimin bütün ünsürlərinin buraxılması labüddür. 
Görüşdə qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir müdadiləsi aparılıb. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail Makronun Livanla danışıqlarda iştirakına İCAZƏ VERMƏDİ

İsrail Makronun Livanla danışıqlarda iştirakına İCAZƏ VERMƏDİ

"Bir insanın əynində üçdən artıq rəng varsa, anormaldır"

"Bir insanın əynində üçdən artıq rəng varsa, anormaldır"

Dövlət başçısı kimi ilk xarici səfərini etdi

Dövlət başçısı kimi ilk xarici səfərini etdi

Levandovski “Milan”a keçə BİLƏR

Levandovski “Milan”a keçə BİLƏR

Əslində, 20 qəpiyədir, amma 4 manata satılır

Əslində, 20 qəpiyədir, amma 4 manata satılır

Yeni sədr işdən çıxardığı rəisin əvəzinə onu TƏYİN ETDİ

Yeni sədr işdən çıxardığı rəisin əvəzinə onu TƏYİN ETDİ

Nəsrin itinə ad günü etdi - Video

Nəsrin itinə ad günü etdi - Video

İran danışıqlara başlamaq üçün iki şərt irəli sürdü

İran danışıqlara başlamaq üçün iki şərt irəli sürdü

Tramp: “İran nüvə silahından imtinaya söz verir, lakin…”

Tramp: “İran nüvə silahından imtinaya söz verir, lakin…”

Helinlə Aytaç sevgilidir?

Helinlə Aytaç sevgilidir?

ADNSU Əl-Fərabi adına Qazax Milli Universiteti ilə əməkdaşlığı daha da inkişaf etdirəcək - FOTO

ADNSU Əl-Fərabi adına Qazax Milli Universiteti ilə əməkdaşlığı daha da inkişaf etdirəcək - FOTO

20 il sonra atasını Azərbaycanda tapdı - Cərrah işləyirmiş

20 il sonra atasını Azərbaycanda tapdı - Cərrah işləyirmiş

“Nikosayağı” qardaşının toyunda BELƏ GÖRÜNTÜLƏNDİ - VİDEO

“Nikosayağı” qardaşının toyunda BELƏ GÖRÜNTÜLƏNDİ - VİDEO

Qusarda yağıntıların fəsadları ilə bağlı geniştərkibli iclas: Göstərişlər verildi - FOTO

Qusarda yağıntıların fəsadları ilə bağlı geniştərkibli iclas: Göstərişlər verildi - FOTO

Oktay Kaynarca “Süleyman Çakır”ı unutmadı - FOTO

Oktay Kaynarca “Süleyman Çakır”ı unutmadı - FOTO

"Tacir Şahmalıoğlu və Cabbar Musayevə bahalı maşın nömrələri verəcəyəm"

"Tacir Şahmalıoğlu və Cabbar Musayevə bahalı maşın nömrələri verəcəyəm"

“Nəticəni 24 saata biləcəyik” - Tramp

“Nəticəni 24 saata biləcəyik” - Tramp

“Karvan-Yevlax” “Kəpəz”ə qalib gəldi - VİDEO

“Karvan-Yevlax” “Kəpəz”ə qalib gəldi - VİDEO

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

Sərhəddən təhlükə deyil, DOSTLUQ ƏLİ uzandı– Azərbaycan İranla münasibətlərdə yenə İLKİ REALLAŞDIRDI

Sərhəddən təhlükə deyil, DOSTLUQ ƏLİ uzandı– Azərbaycan İranla münasibətlərdə yenə İLKİ REALLAŞDIRDI

"Onlara haqqımı halal etmirəm" - Tatlısesin səsyazısı yayıldı

"Onlara haqqımı halal etmirəm" - Tatlısesin səsyazısı yayıldı

Naxçıvanda ağır QƏZA: Yaralılar var

Naxçıvanda ağır QƏZA: Yaralılar var

Tovuzda mikroavtobus qəza törətdi: Azyaşlı xəsarət aldı – FOTO

Tovuzda mikroavtobus qəza törətdi: Azyaşlı xəsarət aldı – FOTO

Maaşınızdan hər ay bu qədər KƏSİLƏCƏK

Maaşınızdan hər ay bu qədər KƏSİLƏCƏK

End of content

No more pages to load

RADİO