UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda keçiriləcək "Qarabağ" - "Molde" (Norveç) oyununu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Bizim.Media xəbər verir ki, Con Biton görüşün baş hakimi olacaq.
Ona yan xətdə Daniel Makfarlan və Duqlas Potter kömək edəcək. Dördüncü hakim funksiyasını isə Metyu Makdermid yerinə yetirəcək.
Sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media