Pomidor niyə BAHALAŞIR?

Son günlər tərəvəz məhsulları bazarında ciddi qiymət artımları özünü göstərir. Xüsusilə də pomidorun qiymətində kəskin bahalaşma müşahidə olunur. Belə ki, 1 həftə əvvələ qədər 1 kiloqramı 0.80 – 1.20 AZN olan pomidorun qiyməti hazırda 2.80 – 4.50 AZN arasında dəyişir. Hətta elə satış məntəqələri də var ki, qiymətlər daha da yüksəkdir.

Bahalaşmanın əsas səbəblərini Bizim.Media-ya açıqlayan iqtisadçı ekspert Vahid Məhərrəmli bildirib ki, bazarlarda olan bəzi işbazlar və möhtəkirlər yaranmış vəziyyətdən və məhsulların azalmasından sui-istifadə etməyə başlayıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Pomidoru ilə məşhur olan Xaçmazda niyə yerli sortlar BECƏRİLMİR? – FOTO 


Onun sözlərinə görə, hazırda pomidorun bahalaşması üçün heç bir iqtisadi əsas yoxdur: 

“Ancaq bəzi işbazlar əllərinə düşən fürsətdən istifadə edərək qiyməti kəskin şəkildə artırırlar. Bir hissəsi təklifin azaldığını və məhsulun tükəndiyini görərək, əllərindəki məhsulları anbarlara toplayırlar. Bu da qiymətləri artıran amillərdən biridir. Bu il Göyçay rayonunun pomidor istehsalçıları yeni şitillər əldə edərək əkinini həyata keçirdilər. Məqsədləri o idi ki, mövsümə qədər keyfiyyətli məhsul yetişdirsinlər və satışını etsinlər. Ancaq gözləntilər özünü doğrultmadı. Səbəbi də tam bəlli olmadı, çox güman ki, şitillərinin keyfiyyətsiz olması idi”.

Onun sözlərinə görə, bu gün fermerlərin və sahibkarların çoxunun maarifləndirilməsinə ehtiyac var:

“Bunu da kənd təsərrüfatının inkişafına məsul olan qurum məşğul olmalıdır. Fermer də məhsul istehsalında maraqlı olmalıdır ki, bunun üçün onlar maarifləndirilməlidir. Bundan başqa, həm onlar, həm istehsal etdikləri məhsullar üzərində nəzarət olmalıdır ki, keyfiyyətli məhsul yetişdirə bilsinlər. Bəllidir ki, Azərbaycanda tərəvəz məhsullarının bir hissəsi açıq sahələrdə, digər hissəsi isə qapalı şəraitdə, yəni istixanalarda və örtülü təsərrüfatlarda yetişdirilir. Bu baxımdan da istehsalı artırmaq və dayanıqlılığı təmin etmək mümkündür”.

Bəzi pomidor istehsaçılarının sıradan çıxarıldığını deyən müsahibimiz, onların artıq 2-3 ildir ki, məhsul istehsal edə bilmədiklərini diqqətə çatdırıb:

“Ona görə ki, hamısı müflis olub və yenidən bu sahəyə sərmayə yatırmağa risk etmirlər. Bu da bazarlarda oturan bəzi möhtəkirlərə sərf edir. Onlar kəndlilərə öz məhsullarını bazara çıxarmağa imkan vermirlər”. 

V.Məhərrəmli, bahalaşmanın davam edib-etməyəcəyi ilə bağlı indidən proqnoz verməkdən imtina edib.

Səbəbini də belə izah etdi ki, hər hansı bir proqnoz verdikdə, bazarlardakı bəzi möhtəkirlər bundan məharətlə istifadə edirlər və qiymətləri sürətlə bahalaşdırırlar:

“Biz “bahalaşma olacaq” – dedikdə, dərhal qiymətləri qaldırırlar. Amma qiymətrlərin aşağı düşəcəyi ilə bağlı da proqnoz vermək düzgün deyil. Ona görə ki, artıq mövsüm bitir və ölkədə məhsul istehsalı kifayət qədər aşağı düşüb”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

End of content

No more pages to load

RADİO