Xəbər verdiyimiz kimi, sabah, yəni sentyabrın 19-da müğənni Səidə Sultanın toyudur.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, paytaxt restoranlarının birində baş tutacaq məclisdə kişilərin iştirakına qadağa qoyulub.
Belə ki, toyda yalnız qadınların iştirakı gözlənilir.
Toyda çıxış etmək istəyən bəy həmkarları üçün restoranda ayrıca kabinet ayrılacaq. Onlar qonaqlar qarşısında çıxış edib, məkandan ayrılacaqlar.
Qeyd edək ki, Səidə Sultan bir çox müsahibələrində heç zaman ailə qurmayacağını bildirmişdi.
Rəşad Əliyev, Bizim.Media