Sabah Bakıda XV Beynəlxalq Musiqi Festivalının açılışı olacaq - FOTO

Görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin Heydər Əliyev Sarayında təqdimatına 1 gün qalıb.

Bizim.Media xəbər verir ki, 18 sentyabr - Milli Musiqi Günündə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalının açılış mərasimi “Məhəbbət əfsanəsi” baleti ilə olacaq.

Heydər Əliyev Sarayının səhnəsində oynanılacaq baletə uzun müddətdir hazırlıq gedir və artıq bir aydan çoxdur Bakıda tamaşaya məşqlər keçirilirdi.

Uzun illərdən sonra bəstəkarın öz vətənində səhnələşdirilən “Məhəbbət əfsanəsi”ndə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Azərbaycan Dövlət Rəqs Ansamblının artistləri ilə yanaşı, xarici teatrlardan dəvət olunan solistlər də rol alıb.

Sentyabrın 18-də səhnədə şahzadə Mehmene Banunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı, Prezident mükafatçısı Ayan Eyvazova, Fərhadı Rusiyanın məşhur “Bolşoy” Teatrının premyeri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Denis Rodkin, Şirini isə “Bolşoy” Teatrının aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Mariya Vinoqradova ifa edəcəklər.

Tarixi təqdimat üçün Heydər Əliyev Fondu tərəfindən rəssam Simon Virsaladzenin orijinal eskizləri əsasında 200-dən çox kostyum, həmçinin dekorasiya və rekvizitlər hazırlanıb.

Arif Məlikov “Məhəbbət əfsanəsi” baletini tanınmış türk şairi Nazim Hikmətin “Fərhad və Şirin” dramı əsasında yazdığı librettoya bəstələyib. Baletin premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) keçirilib.

Tamaşanın quruluşçu baletmeysteri Yuri Qriqoroviç, rəssamı Simon Virsaladze, dirijoru isə maestro Niyazi olub. 1962-ci ilin iyulunda isə əsərin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində premyerası keçirilib.

Sentyabrın 18-də və 19-dakı təqdimatın baletmeyster-rejissorları Yuri Qriqoroviçin köməkçisi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri Ruslan Pronin və Qriqoroviçin digər köməkçisi Oksana Tsvetnitskayadır.
Arif Məlikovun əsrarəngiz musiqisini Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğunda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ifa edəcək.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şuşada İlham Əliyevin adından BƏƏ Prezidentinin şərəfinə rəsmi nahar verildi – FOTO

Şuşada İlham Əliyevin adından BƏƏ Prezidentinin şərəfinə rəsmi nahar verildi – FOTO

XƏBƏRDARLIQ! Dolu düşəcək, sulu qar yağacaq – BU TARİXƏDƏK

XƏBƏRDARLIQ! Dolu düşəcək, sulu qar yağacaq – BU TARİXƏDƏK

Polis Bərdədə əməliyyat keçirdi – HƏBS EDİLƏN VAR - FOTO

Polis Bərdədə əməliyyat keçirdi – HƏBS EDİLƏN VAR - FOTO

Bakının bu ərazilərində avtobus zolaqları ləğv edilir? - Video

Bakının bu ərazilərində avtobus zolaqları ləğv edilir? - Video

İlham Əliyev və BƏƏ Prezidenti Şuşa qalasının önündə FOTO ÇƏKDİRDİLƏR

İlham Əliyev və BƏƏ Prezidenti Şuşa qalasının önündə FOTO ÇƏKDİRDİLƏR

Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər

Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər

Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izlədilər – FOTO

Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izlədilər – FOTO

Tyeri Anri: “Qarabağ”dan sürpriz gözləyirəm”

Tyeri Anri: “Qarabağ”dan sürpriz gözləyirəm”

Onlar ölkəmizə gətiriləcək, cəzalarını çəkəcəklər — Deputat

Onlar ölkəmizə gətiriləcək, cəzalarını çəkəcəklər — Deputat

Qarabağ Universitetində dərslər BU TARİXDƏ başlayır - RƏSMİ

Qarabağ Universitetində dərslər BU TARİXDƏ başlayır - RƏSMİ

Xaricə getmək istəyirdi, 2500 manat ziyana düşdü – “PRYM Academy”dən ŞİKAYƏT – FOTO

Xaricə getmək istəyirdi, 2500 manat ziyana düşdü – “PRYM Academy”dən ŞİKAYƏT – FOTO

İnsan mumyalamasının ən qədim nümunəsi Vyetnamda TAPILDI -14 min əvvələ AİD OLUB

İnsan mumyalamasının ən qədim nümunəsi Vyetnamda TAPILDI -14 min əvvələ AİD OLUB

Britaniya Rusiya dronlarını Typhoon qırıcıları ilə vurmaqla hədələdi

Britaniya Rusiya dronlarını Typhoon qırıcıları ilə vurmaqla hədələdi

Xocalıya infotur təşkil edilib – FOTO/VİDEO

Xocalıya infotur təşkil edilib – FOTO/VİDEO

Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanışlıq – FOTO

Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanışlıq – FOTO

Prezidentlər Milli Xalça Muzeyinin Şuşa filialında - FOTO

Prezidentlər Milli Xalça Muzeyinin Şuşa filialında - FOTO

Dumanın deputatı: Azərbaycandan nümunə götürün!

Dumanın deputatı: Azərbaycandan nümunə götürün!

ABŞ-da müəllim şagirdə çılpaq şəkillərini göndərdi -Böyüyəndə isə... - FOTO

ABŞ-da müəllim şagirdə çılpaq şəkillərini göndərdi -Böyüyəndə isə... - FOTO

Prezidentlər Şuşada güllələnmiş heykəllərə baxdılar – FOTO

Prezidentlər Şuşada güllələnmiş heykəllərə baxdılar – FOTO

Dörd ölkədən Azərbaycana qadağa: Mallar geri qaytarıldı

Dörd ölkədən Azərbaycana qadağa: Mallar geri qaytarıldı

7 körpənin ölümünə görə təqsirləndirilən, polis nəzarətində olan həkim ölkədən necə ÇIXIB? – ARAŞDIRMA

7 körpənin ölümünə görə təqsirləndirilən, polis nəzarətində olan həkim ölkədən necə ÇIXIB? – ARAŞDIRMA

Cəlilabadda bıçaqlanan məktəbli xəstəxanada öldü

Cəlilabadda bıçaqlanan məktəbli xəstəxanada öldü

Elza Seyidcahan MAGİSTRATURAYA QƏBUL OLUB: “Oxumalıyam ki, məni də oxusunlar...”

Elza Seyidcahan MAGİSTRATURAYA QƏBUL OLUB: “Oxumalıyam ki, məni də oxusunlar...”

Azərbaycanda həbsdə olan livanlı erməni aclıq etməyib

Azərbaycanda həbsdə olan livanlı erməni aclıq etməyib

End of content

No more pages to load

RADİO