SON DƏQİQƏ: Bakının məşhur tikililəri qırmızı rənglə işıqlandırılacaq

Martın 24-də saat 20:00-dan 22:00-dək Bakının bir neçə məşhur tikilisi, o cümlədən Bakı Olimpiya Stadionu və 12-ci əsrin tarixi memarlıq abidəsi olan “Qız Qalası” qırmızı rənglə işıqlandırılacaq.

Bizim.Media xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının Dünya Vərəm Günü ilə bağlı şüarları (“The clock is ticking”, “End TB”) binalar üzərində nümayiş olunacaq.

Məqsəd diqqəti vərəmlə mübarizəyə yönəltməkdir. Stop TB (“Vərəmə son qoyaq”) tərəfdaşlığı 2017-ci ildən başlayaraq hər il Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar dünyanın ayrı-ayrı şəhərlərində yerləşən tarixi memarlıq tikililərinin, əhəmiyyətli binaların “qırmızı rəngə” boyanması aksiyasını keçirir.

 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı həkim: "Ümumdünya Səhiyyə Təşkilatı bir-birinə zidd bəyanatlar verir"


Bu il Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası və “Sağlamlığa Xidmət” İctimai birliyi bu aksiyanın ölkəmizdə də keçirilməsinə təşəbbüs göstərib.

Bununla da, vərəmdən əziyyət çəkən insanların ağrı və çətinliklərinə diqqət çəkiləcək və onlarla həmrəylik nümayiş olunacaq.

Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə hər il martın 24-də Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd edilir. 1882-ci ildə alman mikrobioloqu Robert Kox ilk dəfə vərəmin törədicilərini kəşf edib. 1905-ci ildə alim tibb sahəsində Nobel mükafatına layiq görülüb.

1982-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Vərəm və Ağciyər Xəstəlikləri ilə Mübarizə İttifaqı vərəmin törədicisi olan Kox çöplərinin aşkar edilməsinin 100 illiyi münasibətilə həmin günü təsis ediblər.

Vərəm hava-damcı yolu ilə yayılan xəstəlikdir. Hər il dünyada 10 milyondan çox insan vərəmlə yoluxur və 1.5 milyon insan vərəmdən dünyasını dəyişir.

Hər gün dünyada 700 uşaq vərəm səbəbiylə həyatını itirir, bu da o deməkdir ki, hər üç dəqiqədə bir uşaq vərəmdən dünyasını dəyişir. 2020-ci ilin əvvəllərində bütün dünyada tüğyan edən COVİD-19 pandemiyası səbəbiylə vərəmlə mübarizə bir qədər çətinləşib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Səbail” – “Şimal” oyununun nəticəsi AFFA-nın nəzarətində – ŞÜBHƏ

“Səbail” – “Şimal” oyununun nəticəsi AFFA-nın nəzarətində – ŞÜBHƏ

2026-cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

2026-cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

Laçının Bəylik kəndində yeni beton kanal və istinad divarı tikiləcək

Laçının Bəylik kəndində yeni beton kanal və istinad divarı tikiləcək

Röya efirdə AĞLADI: “Mən də onu saxlaya bilmədim…” - VİDEO

Röya efirdə AĞLADI: “Mən də onu saxlaya bilmədim…” - VİDEO

Alyona Əliyeva uşaqlar üçün təşkil olunan Yeni il şənliyindən paylaşım etdi – FOTO

Alyona Əliyeva uşaqlar üçün təşkil olunan Yeni il şənliyindən paylaşım etdi – FOTO

Zelenski qoşunların Donbasdan çıxarılması üçün şərtlərini açıqladı

Zelenski qoşunların Donbasdan çıxarılması üçün şərtlərini açıqladı

Bu ölkələrdə Yeni il bayramı qadağan edilib - SİYAHI

Bu ölkələrdə Yeni il bayramı qadağan edilib - SİYAHI

Cari ildə Azərbaycana 5 milyard dollarlıq qızıl gətirilib

Cari ildə Azərbaycana 5 milyard dollarlıq qızıl gətirilib

Azərbaycan polisinin axtardığı şəxs Bosniyada TUTULDU

Azərbaycan polisinin axtardığı şəxs Bosniyada TUTULDU

Zəhərlənən ailə balığı bu mağazadan alıbmış – FOTO

Zəhərlənən ailə balığı bu mağazadan alıbmış – FOTO

Həmin körpü ilə yeni “mall”a birbaşa keçə biləcəyik – FOTO

Həmin körpü ilə yeni “mall”a birbaşa keçə biləcəyik – FOTO

Qızılın qiyməti kəskin artdı: Avstraliyanı yeni qızıl həyəcanı bürüdü

Qızılın qiyməti kəskin artdı: Avstraliyanı yeni qızıl həyəcanı bürüdü

Deputatlar tətilə çıxdı

Deputatlar tətilə çıxdı

Cəbrayıl və Zəngilan rayonlarında ilk dəfə Yeni il Qış yarmarkası keçirildi - FOTO

Cəbrayıl və Zəngilan rayonlarında ilk dəfə Yeni il Qış yarmarkası keçirildi - FOTO

Həsənriz kəndində torpaqlar əkin üçün istifadəyə veriləcək

Həsənriz kəndində torpaqlar əkin üçün istifadəyə veriləcək

Azərbaycan XİN: Tayvanın müstəqilliyini tanımırıq

Azərbaycan XİN: Tayvanın müstəqilliyini tanımırıq

Elektron siqaretlərdən istifadə qadağası TƏSDİQLƏNDİ

Elektron siqaretlərdən istifadə qadağası TƏSDİQLƏNDİ

105 nömrəli avtobusdan şikayət: "Qrafik üzrə işləmir"

105 nömrəli avtobusdan şikayət: "Qrafik üzrə işləmir"

İlin son günü hava necə olacaq?

İlin son günü hava necə olacaq?

Milli Məclis İlham Əliyev və birinci xanımı təbrik etdi

Milli Məclis İlham Əliyev və birinci xanımı təbrik etdi

Dəbilqəsiz moped idarə edənlər cərimələnəcək

Dəbilqəsiz moped idarə edənlər cərimələnəcək

Mədəni sərvətlərin qanunsuz istifadəsinə görə CƏRİMƏLƏR artırılır

Mədəni sərvətlərin qanunsuz istifadəsinə görə CƏRİMƏLƏR artırılır

Sosial şəbəkələrdə bəzi məlumatların paylaşılması QADAĞAN EDİLƏCƏK

Sosial şəbəkələrdə bəzi məlumatların paylaşılması QADAĞAN EDİLƏCƏK

Bu işçilərə ən azı 46 gün məzuniyyət veriləcək – SİYAHI

Bu işçilərə ən azı 46 gün məzuniyyət veriləcək – SİYAHI

End of content

No more pages to load

RADİO