“Azərbaycan prezidenti İlham Əliyevlə oktyabrın 5-də Qranadada keçiriləcək görüşdə hər hansı bir sənəd imzalamaq planımız yoxdur”.
Bizim.Media “Sputnik Ermənistan” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvan Ağsaqqallar Şurasına seçkilərdə səs verdikdən sonra jurnalistlərlə söhbətində deyib.
O, hələlik İrəvanın maraqlarına cavab verən razılaşdırılmış sənədin olmadığını bildirib.
Paşinyan, eyni zamanda ilin sonuna qədər və ya gələn ilin əvvəllərində Bakı ilə sülh sazişinin imzalanmasını mümkün sayıb: “Mən belə bir müqavilə imzalamaq üçün siyasi öhdəlik götürmüşəm”.
Bizim.Media