Xalq artisti və iş adamı Emin Ağalarov övladları ilə bağlı diqqət çəkən paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi oğulları Əli və Mikayıl və qızı Əminə ilə çəkilən fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Ağalarov sözügedən paylaşıma ingilis dilində "My team" (Mənim komandam) şərhini yazıb.
Qeyd edək ki, E.Ağalarovun model xanımı Alyona Qavrilovadan Afina adlı daha bir qızı var.
Rəşad Əliyev, Bizim.Media