Rusiyanın atletika üzrə idman növündə hazırda böhran davam edir. Hətta titulu olmayan idmançılar belə yığmanın sıralarını tərk edir.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “sportmk.ru” saytı yayıb.
Mənbə yazır ki, yüksəkliyə tullanan 20 yaşlı Yelena Kuliçenko da belə idmançılardan biridir.
Bu il o, Rusiyanın gənclər çempionatında uğurla çıxış edib. İndi idman vətəndaşlığını dəyişdirməyə qərar verib. Gələcəkdə Yelena Kiprdə gücünü sınayacaq.
Rusiya millisinin keçmiş təmsilçisinin fotoları ilə yaxından tanış olun:
Bizim.Media





