Futzal DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində bu gün Azərbaycan millisi ilk oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, komandamız səfərdə Rumıniya yığmasının qonağı olub.
Gərgin keçən oyunda hesab 16-cı dəqiqədə açılıb. Rəqib standart vəziyyətdən qol vurub. İkinci hissəyə futzalçılarımız daha yaxşı başlayıb. Rəqibi tədricən təzyiq altında saxlayan komandamız 27-ci dəqiqədə hesaba tarazlıq gətirib.
Felipinyo adını tabloya yazdırıb. 30-cu dəqiqəfə rəqib qapıçı Vilelanın effektli zərbəsini kornerə çıxarmaqla hesabın dəyişməsinə imkan verməyib. Əvəzində meydan sahibləri bir dəqiqə ərzində iki qol vurub.
Beləliklə millimiz elit-raunda məğlubiyyətlə başlayıb. Komandamız növbəti oyununu sentyabrın 20-də Bakı İdman Sarayında Niderlanda qarşı keçirəcək.
DÇ-2024-ün elit-raund oyunu
15 sentyabr Rumıniya – Azərbaycan 3:1
Qollar: Andre Luis Sasse, 15:26; 32:37; 33:13 – Felipinyo, 26:56.
Hakimlər: Admir Zahoviç, Aleş Mocnik Peric, Dejan Veselic (Hakimlər briqadası Sloveniyadandır)
Timekeeper: Laurentiu Deaconu (Rumıniya)
Hakim-inspektor: Angelo Qalante (İtaliya)
UEFA nümayəndəsi: Zoran Dimiç (Serbiya)
Buzau şəhəri. Romeo İamadi Arena.
Saat 19:30.
Rəşad Rafiqoğlu, Bizim.Media