Kriminal avtoritet “Kürd Elnur”un məhkəməsi başladı – Tapança ilə gəzirmiş - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində “Kürd Elnur” ləqəbli  kriminal avtoritet Elnur Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Bizim.Media xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı aprelin 1-ə təyin edilib.

Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən və narkotik vasitələr saxlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Abbasov saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd tapança, 4 ədəd patron, 1 ədəd daraq və 7 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı Elnur Abbasovun paytaxtın Suraxanı rayonunda tanışı olan bir nəfərin “BMW” markalı avtomobilini qəsdən dərəyə aşıraraq yararsız hala salması da müəyyən edilib.

Araşdırma zamanı saxlanılan şəxsin cinayətkarlığı təbliğ edən, həmçinin karantin günlərində polis əməkdaşlarına tabesizlik göstərməsini özündə əks etdirən videolar hazırlayaraq müxtəlif sosial şəbəkələrdə yaydığı da məlum olub.

Elnur Abbasovun hazırladığı videolarda gəncləri və yetkinlik yaşına çatmayanları cinayətkarlığa sövq edən motivlərin olduğu da müəyyən edilib.

Saxlanılan şəxs istintaqa ifadəsində bütün qanunazidd hərəkətlərindən səmimi peşman olduğunu bildirib.

Qeyd edilən xüsusatlarla bağlı Elnur Abbasov barəsində Baş İdarənin İsitintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb. Silsilə cinayət əməllərini törətməkdə şübhəli bilinən Elnur Abbasov tutularaq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən nəzakətli ölkələri açıqlandı - İLK BEŞLİK

Dünyanın ən nəzakətli ölkələri açıqlandı - İLK BEŞLİK

Rusiyadan Avropaya “Oreşnik” TƏHDİDİ

Rusiyadan Avropaya “Oreşnik” TƏHDİDİ

Qurban Qurbanov Türkiyə klubunda?

Qurban Qurbanov Türkiyə klubunda?

Prezident və xanımı Həzi Aslanovun məzarını ziyarət etdi – FOTO

Prezident və xanımı Həzi Aslanovun məzarını ziyarət etdi – FOTO

Kommunal ödənişləri vermədiyi üçün yaşadığı evdən çıxarıldı

Kommunal ödənişləri vermədiyi üçün yaşadığı evdən çıxarıldı

İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda – FOTO

İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda – FOTO

Hantavirus aşkarlanan gəmidə 24 gün qaldı, sonra toya qatıldı

Hantavirus aşkarlanan gəmidə 24 gün qaldı, sonra toya qatıldı

Mingəçevirdə hoteldə yanğın -VİDEO

Mingəçevirdə hoteldə yanğın -VİDEO

Putin: “Bütün NATO blokunun dəstəklədiyi düşmənlə döyüşürük” – VİDEO

Putin: “Bütün NATO blokunun dəstəklədiyi düşmənlə döyüşürük” – VİDEO

Bu 8 vərdiş əhvalınızı YAXŞILAŞDIRACAQ

Bu 8 vərdiş əhvalınızı YAXŞILAŞDIRACAQ

Moskvada qələbə paradı – VİDEO

Moskvada qələbə paradı – VİDEO

Bütün Amerika bu toydan danışır: “Belə mənzərəni ancaq hind filmlərində görmüşdük...” – FOTO

Bütün Amerika bu toydan danışır: “Belə mənzərəni ancaq hind filmlərində görmüşdük...” – FOTO

Azərbaycan nefti kəskin BAHALAŞDI

Azərbaycan nefti kəskin BAHALAŞDI

"Xarı Bülbül" restoranında DAVA: Həmkarını döyən ofisiant CƏZALANDIRILDI

"Xarı Bülbül" restoranında DAVA: Həmkarını döyən ofisiant CƏZALANDIRILDI

Cəlilabadda məktəblilərin davasına valideynlər QARIŞDI – Qan töküldü – DETALLAR

Cəlilabadda məktəblilərin davasına valideynlər QARIŞDI – Qan töküldü – DETALLAR

Damlanı məclisə girən kimi "pul yağışı"na tutdular – VİDEO

Damlanı məclisə girən kimi "pul yağışı"na tutdular – VİDEO

Süni intellekt bu 3 peşəni əvəz edə bilməyəcək – Bill Qeytsin proqnozu

Süni intellekt bu 3 peşəni əvəz edə bilməyəcək – Bill Qeytsin proqnozu

Apteklərdən yoxa çıxan SİNK MƏLHƏMİ - Hər evə lazım olan dərmanın istehsalı DAYANIB?

Apteklərdən yoxa çıxan SİNK MƏLHƏMİ - Hər evə lazım olan dərmanın istehsalı DAYANIB?

Hərbi paradda romantik anlar – VİDEO

Hərbi paradda romantik anlar – VİDEO

Bu qida tullantısı böyük pomidor yetişdirməyə kömək edir— Bağbanlar sirri açdı

Bu qida tullantısı böyük pomidor yetişdirməyə kömək edir— Bağbanlar sirri açdı

Neft məhsullarının növbəti partiyası Ermənistana yola salındı – VİDEO

Neft məhsullarının növbəti partiyası Ermənistana yola salındı – VİDEO

İrandakı qızlar məktəbinə hücumla bağlı Trampdan AÇIQLAMA – VİDEO

İrandakı qızlar məktəbinə hücumla bağlı Trampdan AÇIQLAMA – VİDEO

“İbrahim Tatlıses sənət həyatımı bitirmək üçün əlindən gələni etdi”

“İbrahim Tatlıses sənət həyatımı bitirmək üçün əlindən gələni etdi”

Qobustanda stansiya ərazisində güclü yanğın – VİDEO

Qobustanda stansiya ərazisində güclü yanğın – VİDEO

End of content

No more pages to load

RADİO