Sentyabrın 15-də Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan və Ermənistandan olan ekspert heyətləri arasında görüş keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən (BMTM) bildirilib.
Məlumata görə, heyətlərə Azərbaycan tərəfdən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Ermənistan tərəfdən isə Qafqaz Araşdırmaları İnstitutunun direktoru Aleksandr İskəndəryan rəhbərlik edib.
Tərəflər iki ölkə arasındakı məsələləri müzakirə ediblər.
Bizim.Media