Qərbi Azərbaycan İcmasından ABŞ hökumətinə ÇAĞIRIŞ 

"ABŞ hökuməti Ermənistanın yalanlarına uymamalı, bu ölkədən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına dəstək verməlidir". 

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasından bildirilib. 

Qeyd olunub ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin vəzifələrini icra edən Yuri Kim erməni lobbisi ilə korrupsiya əlaqələrinə görə hal-hazırda ABŞ Federal Təhqiqatlar Bürosunun istintaqı altında olan senator Bob Menendezin 14 sentyabr 2023-cü ildə ABŞ Senatında təşkil etdiyi dinləmələrdə anti-Azərbaycan bəyanat vermişdir.

ABŞ rəsmisi Laçın yolunun dərhal açılmasını tələb etmiş və "Dağlıq Qarabağın əhalisinə qarşı" güc tətbiqini qəbul etməyəcəklərini bildirib. 

"Əvvəla, ABŞ hökumətinə yaxşı məlumdur ki, Laçın yolu bağlı deyil. Bu yoldan Azərbaycanın qanunları çərçivəsində istifadəsinə əngəl törədən Azərbaycana qarşı ərazi iddiasında olan Ermənistan hökuməti və onun Azərbaycanın Qarabağ bölgəsində hələ də dəstəklədiyi qanunsuz rejimin tör-töküntüləridir. 

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinə qarşı əslində mövcud olmayan təhlükə ilə bağlı Y.Kimin əsassız iddiası ilə bağlı soruşmaq istərdik ki, Ermənistanın öz ərazisindən 300 min, vaxtilə işğal etdiyi Azərbaycan ərazilərindən 700 min azərbaycanlını qovmasına, Azərbaycan ərazilərini işğal etməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrini qulaqardına vurmasına, 20 mindən çox azərbaycanlı mülki şəxsi öldürməsinə, 900-dən artıq Azərbaycan yaşayış məskəninin viran qoymasına, Azərbaycan ərazilərinin bir hissəsini çirkləndirməsinə, əsir və girov götürdüyü 4000-dən çox azərbaycanlının taleyinə aydınlıq gətirməməsinə ABŞ hökuməti nə üçün biganə qalıb? 

Azərbaycan və Ermənistan arasında münasibətlərin və yerdə vəziyyətin bütün incəliklərindən xəbərdar olan ABŞ hökumətinin azərbaycanlılara qarşı törədilmiş bu qədər haqsızlığa göz yumması, Ermənistanın əsassız iddialarını dəstəkləməsi ABŞ-nin nə “insan haqlarının qlobal müdafiəçisi” kimi, nə də Azərbaycan və Ermənistan arasında sülhü təşviq edən tərəfdaş kimi rollarına uyğun gəlmir", - icmadan bildirilib. 
Vurğulanıb ki, sülhdən, ədalətdən dəm vuran ABŞ hələ də Ermənistandan öz ordusunun qalıqlarını Azərbaycan ərazilərindən çıxarmağı, qanunsuz erməni silahlı dəstələrinin tərksilah edilməsini tələb etmir. ABŞ-ın post-sovet məkanında digər ölkələrin ərazi bütövlüyünü və suverenliyini qeyd-şərtsiz tanıdığı, separatizmə qarşı çıxdığı bir şəraitdə, Azərbaycana gəldikdə yenə də nala-mıxa vurması qəbuledilməzdir. Y.Kimin əmr şəklində danışıq tonu da yersizdir:

"Dövlət Departamentinin rəsmisi ünvanları səhv salıb. Y.Kimə xatırladırıq ki, ABŞ siyasətçiləri, diplomatları yeri gəldi-gəlmədi hər yerdə Amerikanın suverenliyi məsələsini qabardırlar.

Azərbaycanın suverenliyi heç bir ölkənin, o cümlədən xanım Kimin təmsil etdiyi ABŞ-ın suverenliyindən əskik deyildir. 

ABŞ hökuməti Ermənistanın yalanlarına uymamalı, insan hüquqlarının müdafiəsi məsələsində etnik ayrı-seçkiliyə yol verməməli, Azərbaycanın daxili işlərinə müdaxilə etməməli və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına dəstək verməlidir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ucuz geyimin “bahalı” ZƏRƏRİ – “Temu”dan alınan geyimlərin YARATDIĞI TƏHLÜKƏ

Ucuz geyimin “bahalı” ZƏRƏRİ – “Temu”dan alınan geyimlərin YARATDIĞI TƏHLÜKƏ

Özbəkistan Rusiyaya nota verdi

Özbəkistan Rusiyaya nota verdi

Ən DALAŞQAN bürclər açıqlandı

Ən DALAŞQAN bürclər açıqlandı

Vətəndaşlar istədiyi vaxtda pensiyaya çıxa biləcəklər?

Vətəndaşlar istədiyi vaxtda pensiyaya çıxa biləcəklər?

“O məktəblər ya bağlanacaq, ya da əvəzlənəcək”

“O məktəblər ya bağlanacaq, ya da əvəzlənəcək”

Tarix Əliyev Canananı ifşa etdi — “Kərim ailə sahibidir, sən isə...”

Tarix Əliyev Canananı ifşa etdi — “Kərim ailə sahibidir, sən isə...”

Çempionlar Liqası: "Qarabağ" "Benfika"ın qonağı olacaq

Çempionlar Liqası: "Qarabağ" "Benfika"ın qonağı olacaq

Manatın taleyi necə olacaq? - Mühüm məlumat

Manatın taleyi necə olacaq? - Mühüm məlumat

Dərsi rep formasında keçən müəllimə REAKSİYA – VİDEO

Dərsi rep formasında keçən müəllimə REAKSİYA – VİDEO

Tramp: “İsrail daha Qətərə zərbə endirməyəcək”

Tramp: “İsrail daha Qətərə zərbə endirməyəcək”

Kürdəmirdə ağır qəza - Ölən və xəsarət alan var – FOTO

Kürdəmirdə ağır qəza - Ölən və xəsarət alan var – FOTO

Mahmud Qurbanov: “”Qarabağ” Bakıya sərfəli nəticə ilə qayıda bilər”

Mahmud Qurbanov: “”Qarabağ” Bakıya sərfəli nəticə ilə qayıda bilər”

BİZİM TƏQVİM: 16 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 16 sentyabrda baş vermiş tarixi hadisələr

Zaqatalada fındıq bağında meyit TAPILDI

Zaqatalada fındıq bağında meyit TAPILDI

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

Bir meyvə, min faydası: Heyvanın sirri

Bir meyvə, min faydası: Heyvanın sirri

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

End of content

No more pages to load

RADİO