Dondurulmuş aktivlərdən istifadəyə DTX icazə VERƏCƏK - QƏRAR 

Fiziki şəxslərin və qurumların dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi qaydası təsdiq olunub. 

Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. 

Bu Qayda terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində nəzərdə tutulan fiziki şəxslərin və qurumların (bundan sonra – fiziki şəxslər və qurumlar) dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi qaydasını müəyyən edir. 

Fiziki şəxslər və qurumlar tərəfindən dondurulmuş aktivlərdən istifadəyə dair icazə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilir. 

Dövlət Təhlükəsizliyi Xidməti ölkədaxili siyahıya daxil edilmiş fiziki şəxslərin və qurumların yazılı müraciətindən sonra 7 (yeddi) iş günü müddətində, beynəlxalq siyahıya daxil edilmiş fiziki şəxslərin və qurumların yazılı müraciətindən sonra bu Qaydada qeyd olunan müddətdə gözlənilməz xərclərə və aşağıdakı zəruri xərclərə ehtiyacın ödənilməsini təminetmək məqsədilə dondurulmuş aktivlərdən istifadəyə dair qərar qəbul edir: 

-vergivərüsumlar; 

-sığorta ödənişləri (həyatın yığım sığortası istisna 
olmaqla); 

-kommunal xərclər (qaz, su, işıqdan istifadə xərcləri, 
mənzil-təsərrüfat xərcləri, telekommunikasiya (telefon rabitəsi, internet) xərcləri); 

-maliyyə xidmətlərindən istifadə ilə əlaqədar xidmət haqları; 

-qida, tibb xidmətləri, dərman xərcləri, icarə və kirayə haqları, ipoteka kreditləri üzrə ödənişlər; 

-peşəkar fəaliyyət ilə əlaqədar üzvlük haqları və hüquqi xidmətlərin göstərilməsi xərclərinin ödənilməsi üçün zəruri olan ödənişlər; 

-dondurulmuş əmlakın saxlanılması üçün ödənişlər. 

Fiziki şəxslərin və qurumların yazılı müraciətlərində bu Qaydada qeyd olunan məlumatlar nəzərdə tutulmalıdır. 
Dövlət Təhlükəsizliyi Xidməti müraciətin qəbul edildiyi tarixdən 1 (bir) iş günü müddətində fiziki şəxsləri və ya qurumları müraciətin qəbul edilməsi və bu Qaydada nəzərdə tutulan prosedur barədə məlumatlandırmalıdır. 

Qərara əsasən, Dondurulmuş aktivlərdən istifadəyə dair icazənin verilməsi qaydası da müəyyənləşib. 

Dondurulmuş aktivlərdən istifadəyə dair icazə istifadə olunacaq vəsaitin terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdiril- məsinə yönəldilməsi riski tam aradan qaldırıldıqdan sonra verilir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə yaradılmış Sanksiya Komitələri tərəfindən müəyyən edilmiş meyarlar əsasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müraciəti ilə beynəlxalq siyahıya daxil edilmiş fiziki şəxslərin və qurumların zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi məqsədilə dondurulmuş aktivlərindənistifadəyə dair Dövlət Təhlükəsizliyi Xidmətinin qərarı müvafiq Komitənin rəyi nəzərə alınmaqla qəbul edilir. 

Rəyin alınması üçün Dövlət Təhlükəsizliyi Xidməti müraciətin qəbul edildiyi tarixdən etibarən 1 (bir) iş günü müddətində həmin müraciəti Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiya Komitələrinə göndərilməsi məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim edir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə 2 (iki) iş günü müddətində həmin müraciət əsasında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiya Komitələrinə sorğu ünvanlayır.

Sorğuda aşağıdakılar nəzərdə tutulmalıdır: 

-. fiziki şəxsin və ya qurumun adı və ünvanı; 

-. fiziki şəxsin və ya qurumun Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiya Komitələri tərəfindən müəyyən edilmiş siyahıda daimi istinad nömrəsi; 

-. fiziki şəxsin və ya qurumun hesabı barədə məlumatlar (maliyyə institutunun adı və ünvanı, hesab nömrəsi); 

-. ödənişin məqsədi, zəruri və gözlənilməz xərclərə ehtiyacın əsaslandırılması; 

-. bu Qaydada nəzərdə tutulmuş zəruri xərclərin növü və ya gözlənilməz xərclərin mahiyyəti; 

-. ödənişlərin məbləği və sayı; 

-. ödənişlərin başlandığı və bitdiyi tarix; 

-. ödənişin həyata keçirilməsi forması; 

-. istifadə olunacaq dondurulmuş aktiv barədə məlumat 
(aktivin növü, olduğu yeri, təsviri və s.); 

-. vəsaiti qəbul edən tərəfin adı və ünvanı; 

-. ödənişdən tutulmalar. 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiya Komitələrinin rəyini daxil olduqdan sonra 2 (iki) iş günü müddətində Dövlət Təhlükəsizliyi Xidmətinə göndərir.
Dövlət Təhlükəsizliyi Xidməti bu Qaydada nəzərdə tutulmuş halda, həmçinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiya Komitələrinin mənfi rəyi olmadığı təqdirdə, həmin rəyin Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmasından sonra 1 (bir) iş günü müddətində aktivləri dondurulmuş fiziki şəxslərin və qurumların aktivlərindən istifadəyə dair qərar qəbul edir. 

Dondurulmuş hesabdakı qalıq vəsait zəruri və gözlənilməz xərclərə ehtiyacları ödəmək üçün kifayət etmədiyi təqdirdə, aşağıdakı aktivlərdən istifadə olunmasına icazə verilə bilər: 

-. dondurulmuş hesablara həmin hesablar üzrə ediləcək hər hansı faiz və ya digər gəlirlər; 

-. hesablar dondurulan dövrədək olan müddətdə bağlanıl- mış əqdlər, razılaşmalar və ya öhdəliklər üzrə ödəmələr; 

-. fiziki şəxslərin və qurumların xeyrinə ediləcək hər hansı digər ödənişlər. 

Dövlət Təhlükəsizliyi Xidməti bu Qaydada nəzərdə tutulan qərar barədə müraciət edən fiziki şəxslərə və qurumlara dərhal məlumat verir. Fiziki şəxslər və qurumlar zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadəyə dair Dövlət Təhlükəsizliyi Xidmətinin qərarından inzibati və məhkəmə qaydasında şikayət verə bilərlər. 

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu Qaydaya uyğun olaraq dondurulmuş aktivlərdən istifadəyə dair qəbul edilmiş qərar “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər üçün məcburi qüvvəyə malikdir. 
Dövlət Təhlükəsizliyi Xidməti bu Qaydaya uyğun olaraq dondurulmuş aktivlərdən istifadəyə dair qərar qəbul etdikdə, həmin qərarı dərhal Azərbaycan Respublika- sının Maliyyə Monitorinqi Xidmətinə və subyektə göndərir. 

Subyekt dərhal dondurulmuş aktivlərdən istifadəyə dair qərara uyğun olaraq, ödənişlərin aparılmasını həyata keçirir və bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə yazılı formada məlumat verir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

End of content

No more pages to load

RADİO