Sahibə Qafarova Macarıstan Prezidenti ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 14-də Macarıstan Prezidenti Katalin Novak ilə görüşüb. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildiriblər ki, görüşdə Katalin Novak ailə dəyərlərinə böyük önəm verən Macarıstanın təşəbbüsü ilə keçirilən 5-ci Budapeşt Demoqrafik Sammitində Azərbaycanın iştirakının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. 

Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Katalin Novak qarşılıqlı səfərlərin bu əlaqələrin daha da inkişafına təkan verdiyini diqqətə çatdırıb. O, ölkələrimizin müxtəlif istiqamətlərdə uğurlu əməkdaşlığını qeyd edib. 
Prezident Novak xalqımızın zəngin milli-mənəvi dəyərlərə malik olduğunu vurğulayaraq qeyd edib ki, macar xalqı kimi, Azərbaycan xalqı da ailə dəyərlərinə çox böyük önəm verir. 

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Macarıstan Prezidentinə çatdırıb. 

Sammitin çox mühüm beynəlxalq forum olduğunu bildirən S.Qafarova əlavə edib ki, Azərbaycan Macarıstanın cəmiyyətin əsas vahidi kimi ailələri qorumaq və dəstəkləmək səylərini yüksək qiymətləndirir. 

Milli Məclisin sədri həm dövlət başçısının, həm də Baş nazir Viktor Orbanın ailə dəyərləri haqqında fikirlərinə toxunaraq bildirib ki, Azərbaycanın və Macarıstanın bu mövzuda mövqeləri üst-üstə düşür, bu məsələlərdə birlikdə fəaliyyət göstərmək vacibdir.“Ailə dəyərləri Azərbaycan cəmiyyəti üçün çox önəmlidir və dövlətin himayəsindədir.

Azərbaycan və Macarıstanın dövlət başçıları arasında ailə dəyərlərinin qorunması sahəsində beynəlxalq əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıldığı da xatırlanıb. Görüşdə diqqətə çatdırılıb ki, Azərbaycan və macar xalqları oxşar ailə dəyərlərini bölüşür”, - deyə o qeyd edib. 

Görüşdə, həmçinin ölkələrimiz arasında əməkdaşlıq gündəliyinin kifayət qədər zəngin olduğu ifadə olunub. Vurğulanıb ki, ölkələrimiz arasında iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm, təhsil və digər sahələrdə fəal əməkdaşlıq mövcuddur.

Sahibə Qafarova ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq əlaqələrinin inkişaf etdiyini bildirib. Eyni zamanda, qeyd olunub ki, parlamentlərimiz bir çox beynəlxalq parlament təşkilatları çərçivəsində yaxşı səviyyədə əməkdaşlıq edir. 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

Məşhur aktyor "A.B.İ"də - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

“WhatsApp”a yeni funksiya gəldi

“WhatsApp”a yeni funksiya gəldi

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

Aysel Teymurzadənin övladlarının FOTOSU

Aysel Teymurzadənin övladlarının FOTOSU

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

"Belə biabırçı estetik etdirmək olmaz"

"Belə biabırçı estetik etdirmək olmaz"

ABŞ və İran rəsmiləri arasında danışıqlar BU TARİXDƏ keçiriləcək

ABŞ və İran rəsmiləri arasında danışıqlar BU TARİXDƏ keçiriləcək

İtkin düşən şəxsin kanaldan meyiti tapıldı – FOTO

İtkin düşən şəxsin kanaldan meyiti tapıldı – FOTO

Aİ sərhədlərində yeni qaydalar: 27 mindən çox şəxsə giriş qadağası

Aİ sərhədlərində yeni qaydalar: 27 mindən çox şəxsə giriş qadağası

Rusiya Türkiyənin bu məhsulundan imtina etdi

Rusiya Türkiyənin bu məhsulundan imtina etdi

Azərbaycanlı taekvondoçu beynəlxalq turnirdə qızıl medal qazandı - FOTO

Azərbaycanlı taekvondoçu beynəlxalq turnirdə qızıl medal qazandı - FOTO

End of content

No more pages to load

RADİO