Mərhum Xalq artisti Vaqif Əsədovun qızı Xuraman Əsədova dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə Əməkdar artist Elnur Kərimov sosial şəbəkə hesabında məlumat yayıb.
"Övlad dərdi ilk növbədə Vaqif muəllimi bu dünyadan apardı. Onun ardınca gənc oğlunun qəfil ölümünə dözə bilməyən Xuraman xanım vəfat etdi. Qəbriniz nurla dolsun. Bir ailənin acı taleyi", - deyə Elnur vurğulayıb.
Qeyd edək ki, Vaqif Əsədov ötən il 75 yaşında dünyasını dəyişib. Aktyor uzun müddət ürək çatışmamazlığından əziyyət çəkib.
Rəşad Əliyev, Bizim.Media