Nazirlikdən bəzi dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı AÇIQLAMA  

Azərbaycanda iqtisadiyyatın liberallaşdırılması, iqtisadi diversifikasiya və səmərəliliyin artırılması məqsədilə davamlı struktur islahatları həyata keçirilir. Bu islahatlar dövlət müəssisələrinin fəaliyyət sahəsini də əhatə edir. 

Bu barədə Bizim.Media-ya İqtisadiyyat Nazirliyindən bildirilib. 

Qeyd edilib ki, dövlət müəssisələrinin korporativ idarəetmə prinsipləri əsasında fəaliyyəti, iqtisadi effektivliyinin yüksəldilməsi, maliyyə dayanıqlılığının yaxşılaşdırılması ölkənin iqtisadi inkişafına töhfə verən əsas məsələlərdəndir: 

"Bu məqsədlə yaradılan Azərbaycan İnvestisiya Holdinqinə dövlət müəssisələrinin idarəçiliyinin həvalə olunması, dövlət müəssisələrində yaradılan müşahidə şuraları vasitəsilə müəssisələrin fəaliyyətinə nəzarətin həyata keçirilməsi yeni idarəetmə metodunun üstünlüklərindəndir. 

Müşahidə şuraları vasitəsilə məsuliyyətin bölüşdürülməsi, hesabatlılığın təmin edilməsi dövlət müəssisələrinin fəaliyyətində iqtisadi dividendlərin artmasına, o cümlədən, zərərdən mənfəətə keçirilməsinə, intizamlı xərc siyasətinin tətbiqinə, yeni gəlir mənbələrinin yaradılmasına, büdcə dotasiyalarının minimallaşdırılmasına, şirkətlərin büdcəyə ödəmələr edən kommersiya əsaslı strukturlara çevrilməsinə əsaslı zəmin yaradıb. 

Azərbaycanda siyasi və maliyyə-iqtisadi sabitlik, əlverişli işgüzar mühit, azad bazar münasibətlərinin hərtərəfli inkişafı, dayanıqlı özəl mülkiyyətin dəstəklənməsi kimi amillər iqtisadi inkişafı sürətləndirir, xarici investorların ölkəmizə marağını artırır. Eyni zamanda, ölkə vətəndaşlarının iqtisadi inkişafdan tədricən daha çox bəhrələnməsi imkanları artır. 
İri dövlət müəssisələrinə özəl investisiyaların cəlbi onların fəaliyyətinin rəqabət mühitinin tələblərinə uyğunlaşdırılmasına təminat yaradır. Bu baxımdan, dövlət başçısının 31 avqust 2023-cü il tarixli “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamı xüsusilə önəmlidir.

Sənədə əsasən, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bakı Telefon Rabitəsi” MMC, “Aztelekom” MMC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “AzerGold” QSC, “Azərikimya” İstehsalat Birliyi (Etilen-Polietilen zavodu), Karbamid və Metanol zavodlarına özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulub. 

Sərəncamda göstərilən tapşırıqların icrası iri müəssisələrin idarə edilməsində və maliyyə payında dövlətin yükünün azaldılmasına, dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsinə hədəflənib.

Sənəd ölkədə korporativ idarəetmə mexanizmlərinin daha geniş tətbiqinə və kapital bazarlarının canlandırılmasına şərait yaradacaq. Bununla yanaşı, Sərəncam dövlət müəssisələrinin idarə edilməsində vətəndaşların iştirakı və həmin müəssisələrə özəl investisiyaların yatırılması imkanlarını genişləndirmək məqsədi daşıyır". 

Vurğulanıb ki, sənədə əsasən, nüfuzlu beynəlxalq məsləhətçi şirkətlərin cəlb olunması ilə təhlillər aparılaraq təkliflər hazırlanacaq: 

"Təkliflər dövlət müəssisələrinin restrukturlaşması və sağlamlaşdırılması, qiymətləndirilməsi, potensial investorların müəyyənləşdirilməsi, müvafiq bazarın liberallaşdırılması və inhisarsızlaşdırılması, dövlət müəssisələrinin əsas fəaliyyətinə uyğun olmayan digər fəaliyyətin özəl sektora ötürülməsi imkanları, həmin dövlət müəssisələrinin təşkilati-hüquqi formasının dəyişdirilməsi, onların özgəninkiləşdiriləcək hissələri və dövlət iştirak payının hissəvi satış üsullarını, habelə bununla əlaqədar mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi məsələlərini əhatə edəcək. 

Ümumilikdə özəl investisiyaların konsolidasiyası və özəl sahibkarlıq subyektləri ilə dövlət müəssisələri arasında olan əməkdaşlığın genişləndirilməsi sayəsində milli iqtisadiyyatın strukturu daha sürətlə şaxələnəcək və qeyri-neft-qaz sektorundan asılılığı azalacaq, rəqabətqabiliyyətliliyi yüksələcək". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İşdən icazə almaq asanlaşacaq

İşdən icazə almaq asanlaşacaq

5 il öncə BU GÜN – 11 noyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ – ADLAR

5 il öncə BU GÜN – 11 noyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ – ADLAR

Laçının Qorçu qəsəbəsində söküntü işlərinə BAŞLANILDI – FOTO/VİDEO

Laçının Qorçu qəsəbəsində söküntü işlərinə BAŞLANILDI – FOTO/VİDEO

Noyabrın 12-si ilə bağlı XƏBƏRDARLIQ – RƏSMİ

Noyabrın 12-si ilə bağlı XƏBƏRDARLIQ – RƏSMİ

Aparıcı Zaurun sualı meyxanaçı Samirəni AĞLATDI – VİDEO

Aparıcı Zaurun sualı meyxanaçı Samirəni AĞLATDI – VİDEO

Qadın yolda yatdı, "ayıq sürücü" pulunu oğurladı

Qadın yolda yatdı, "ayıq sürücü" pulunu oğurladı

Naxçıvan Duz Muzeyinin ləğvi ilə bağlı Mədəniyyət Nazirliyindən AÇIQLAMA

Naxçıvan Duz Muzeyinin ləğvi ilə bağlı Mədəniyyət Nazirliyindən AÇIQLAMA

"Euronews" Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paraddan material hazırlayıb - VİDEO

"Euronews" Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paraddan material hazırlayıb - VİDEO

Türkan sakininə 8 mindən çox işıq borcu YAZILIB - “Azərişıq”dan AÇIQLAMA - FOTO

Türkan sakininə 8 mindən çox işıq borcu YAZILIB - “Azərişıq”dan AÇIQLAMA - FOTO

Oğlu Fəzail Ağamalıya mesaj göndərib: "Gəl, oturub danışaq" - MÜSAHİBƏ

Oğlu Fəzail Ağamalıya mesaj göndərib: "Gəl, oturub danışaq" - MÜSAHİBƏ

Qripi 1 günə YOX EDƏN sadə üsul

Qripi 1 günə YOX EDƏN sadə üsul

Duzdağ Müalicə Mərkəzinin ləğvi ilə bağlı RƏSMİ AÇIQLAMA

Duzdağ Müalicə Mərkəzinin ləğvi ilə bağlı RƏSMİ AÇIQLAMA

Millimiz seçmə oyunların hazırlığına başladı - FOTO

Millimiz seçmə oyunların hazırlığına başladı - FOTO

Həyət evi olanlara su pulu ilə bağlı BƏD xəbər

Həyət evi olanlara su pulu ilə bağlı BƏD xəbər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

“Trendyol” və “Temu”da qiymət fərqi - Səbəb nədir?

“Trendyol” və “Temu”da qiymət fərqi - Səbəb nədir?

Minimum əməkhaqqı gəlir vergisindən azad olunsun - TƏKLİF

Minimum əməkhaqqı gəlir vergisindən azad olunsun - TƏKLİF

Pakistanda dəhşətli PARTLAYIŞ – Ölən və yaralananlar var – VİDEO

Pakistanda dəhşətli PARTLAYIŞ – Ölən və yaralananlar var – VİDEO

Yanvarın 1-dən YENİ QADAĞA: Bu lampalar dövriyyədən çıxarılacaq

Yanvarın 1-dən YENİ QADAĞA: Bu lampalar dövriyyədən çıxarılacaq

Axşam geomaqnit qasırğası gözlənilir

Axşam geomaqnit qasırğası gözlənilir

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Son 10 ilin ən sərt qışı gəlir – Türkiyəli alimdən XƏBƏRDARLIQ

Son 10 ilin ən sərt qışı gəlir – Türkiyəli alimdən XƏBƏRDARLIQ

SAF 2025-ə sayılı günlər QALDI – VİDEO

SAF 2025-ə sayılı günlər QALDI – VİDEO

83 illik evliliklə dünya rekordu qırdılar: “Sirrimiz sadəcə sevməkdir”

83 illik evliliklə dünya rekordu qırdılar: “Sirrimiz sadəcə sevməkdir”

End of content

No more pages to load

RADİO