Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti, Prezident təqaüdçüsü Firəngiz Mütəllimova növbəti dəfə Şuşaya yollanıb.
Bizim.Media xəbər verir ki, doğma torpağa ayaq basan 64 yaşlı sənətkar məscid önündə çəkdiyi fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Mütəllimova paylaşımına “Şuşada səhər tezdən sənə dua edərkən ürəyimdən keçən hər şey tək bir sənə agah idi. Mərhəmətli, gözəl rəbbim, hər şeyə görə sənə təşəkkürümü və şükürlərimi bildirirəm” sözlərini yazıb.
Rəşad Əliyev, Bizim.Media