Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 814 yeni yoluxma faktı qeydə alınıb, 342 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.
Ölkədə son sutka ərzində 8 386 , hazırkı dövrədək isə 2 776 535 test aparılıb.
Bizim.Media
