İlham Əliyev Ərdoğanla Paşinyanın təmasına etiraz etməyib

Azərbaycanla Türkiyə bütün istiqamətlər üzrə, o cümlədən diplomatik sahədə qarşılıqlı maraq doğuran məsələləri əlaqələndirir, bir-birinin mənafelərinə uyğun addım atırlar. Bu, hazırda kifayət qədər həssas olan regional məsələlərdə özünü daha qabarıq şəkildə büruzə verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutmuş telefon danışığı məsələsinin pərdərxası Azərbaycan-Türkiyə qardaşlığının nə dərəcədə möhkəm əsaslara malik olduğunu bir daha təsdiq edir.

Bizim.Media trend.az-a istinadən xəbər verir ki, son üç gün ərzində Ermənistan Baş nazirinin ofisi Paşinyanla Ərdoğan arasında telefon danışığının baş tutması üçün ciddi cəhdlər göstərib.

Türkiyə tərəfi qardaşlıq münasibətlərinə uyğun olaraq Azərbaycan tərəfinə müraciət edib, Prezident İlham Əliyevlə Türkiyə lideri Ərdoğan arasında telefon danışığı zamanı digər məsələlərlə yanaşı, bu məqam da müzakirə olunub, Azərbaycanın mövqeyi öyrənilib.
Azərbaycan rəhbərliyi həmişə olduğu kimi konstruktivlik və dialoqa açıqlıq nümayiş etdirərək, Türkiyə və Ermənistan rəhbərləri arasında təmasa etiraz etməyib.

Türkiyə bu addımı ilə qardaşlıq münasibətlərinə böyük önəm verdiyini, Azərbaycanın maraqlarına dərin hörmətlə yanaşdığını nümayiş etdirib.

Əldə edilmiş məlumatda o da bildirilib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə paralel və sinxron şəkildə həyata keçirilməlidir. Azərbaycan və Türkiyənin bu məsələdə ortaq mövqeyi vardır.

Ermənistan da başa düşməlidir ki, regionun problemləri yalnız region ölkələri ilə həll edilə bilər. Regiondan kənara səfərlər etmək, müraciətlər ünvanlamaqla, ayrı-ayrı ölkələrin rəhbərlərinə zəng edib ağlaşma qurmaqla hansısa nəticəyə nail olmaq mümkün deyil.
Bunun üçün Azərbaycanın təklif etdiyi 3+3 formatı ən məqbul platformadır, bu çərçivədə məsələlərin həllinə çalışmaq lazımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

Məşhur aktyor "A.B.İ"də - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

“WhatsApp”a yeni funksiya gəldi

“WhatsApp”a yeni funksiya gəldi

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

Aysel Teymurzadənin övladlarının FOTOSU

Aysel Teymurzadənin övladlarının FOTOSU

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

"Belə biabırçı estetik etdirmək olmaz"

"Belə biabırçı estetik etdirmək olmaz"

ABŞ və İran rəsmiləri arasında danışıqlar BU TARİXDƏ keçiriləcək

ABŞ və İran rəsmiləri arasında danışıqlar BU TARİXDƏ keçiriləcək

İtkin düşən şəxsin kanaldan meyiti tapıldı – FOTO

İtkin düşən şəxsin kanaldan meyiti tapıldı – FOTO

End of content

No more pages to load

RADİO