Qışda düyünün qiyməti UCUZLAŞACAQ

“2018-ci ildə ölkədə çəltikçiliklə bağlı təsdiq olunan “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”na əsasən müəyyən işlər davam etdirilir.

Bu proqramın qəbulundan sonra ölkədə çəltikçiliyə maraq daha da artıb. Hətta müəyyən irəliləyişlər əldə edilib və əlavə torpaq sahələri ayrılıb”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında "Azərbaycan Çəltik İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Rövşən Əliyev bildirib.

R.Əliyev qeyd edib ki, çəltikçilik Azərbaycanın ənənəvi istehsal sahəsidir və daha çox Lənkəran-Astara iqtisadi rayonuna məxsusdur.

Onun sözlərinə görə, artan maraq sayəsində bəzi bölgələrdə əhali çəltikçiliklə daha ciddi məşğul olmağa başlayıb:

“Hazırda onların sayı təxminən 2200 nəfərə yaxındır. Hətta bəzi sahibkarlar tərəfindən torpaq sahələri icarəyə götürülür və əkin aparılır. Dövlət tərəfindən onlara müəyyən qədər dəstək verilir və hər hektara görə onların hər biriniə 360 manat subsidiya verilir. Hazırkı məqamda yararsız, şoran torpaqları da bərpa etmək mümkündür.

Ölkənin bir çox yerlərində belə sahələr kifayət qədərdir və onları həm bərpa etməklə, həm də su çəkməklə yenidən yararlı hala salmaq, əkmək və məhsul götürmək mümkündür.

Dövlət Proqramında da çətik sahələrinin artırılaraq 10 min hektar sahəyə, məhsuldarlığın isə çatrılması ciddi şəkidə nəzərdə tutulub.

Son vaxtlar İmişli, Salyan rayonlarında bu sahəyə maraq artıb və hektarlarla torpaq icarəyə götürülərək istifadə edilir.Şirvan bölgəsində - Zərdab, Ucar, Ağdaş, Göyçay rayonlarında da çəltik əkini artıb”.

Müsahibimiz vurğulayıb ki, bu gün ölkənin bu məhsula olan illik tələbatı təqribən 45-50 min tondan çoxdur və bunun da 80-85 faizi idxal yolu ilə təmin edilir:

“Düyü əsasən Özbəkistan, Qazaxıstan, Rusiya, Hindistan, Pakistandan idxal edilir. Təkcə 2022-ci ildə ölkəyə 50 min tondan çəltik idxal olunub ki, bu da təxminən 43 milyon dollardan çox vəsaitin ölkədən çıxması deməkdir.

Bunun qarşısını almaq lazımdır. Müəyyən hissəsini yerli istehsala yönəltməklə həm daxili ilstehsalı stimullaşdıra, həm də idxaldan asılılığımızı azalda bilərik. Bundan başqa, əhali arasında maarifləndirmə aparmaqla, onlarda bu sahəyə marağı artırmaq olar”.

Müsahibimiz, bölgələrdə bəzi sahibkarlar tərəfindən çətliyin emalı, qablaşdırılması və istehsal prosesləri ilə bağlı müəssisələr yaradıldığını diqqətə çatdırıb:

“Dövlət proqramının qəbulundan sonra, Lənkaran-Astara bölgəsində müasir tipli 5 istehsal müəssisəsi qurulub. Hazırda 2 qurutma, çeşidləmə və qablaşdırma fabriki, eyni zamanda 2 dəyirman tikilir.

Bu müəssisələr ən müasir avadanlıqlara təchiz olunacaq və uzun və nazik düyülərin keyfiyyətli emalı həyata keçiriləcək” İH sədrinin sözlərinə görə, illik göstəricilərə əsasən, düyü şəklində 9-10 min ton, çəltik şəklində isə 15-16 min ton məhsul istehsal olunur:

“Bu da 35-40 sentner təşkil edir ki, ümumi tələbatımızın 12-15 faizə qədərinin təmin olunması deməkdir. Ölkəmizdə əsasən “Haşimi”, “Avanqard”, Sədri” və “İstiqlal sortları əkilir. Əkində həmçinin, bəzi türk sortlarından da istifadə olunur.

Azərbaycanda müasir və sertifikatlaşdırılmış sortlardan istfadə olunsa, eyni zamanda suvarma təminatı düzgün təşkil olunsa, illik 60-70 sentner məhsul götürmək olar.”.

Hazırda yerli məhsulların yığımının başladığını deyən R. Əliyevin sözlərinə görə, oktyabrın sonu, noyabrın əvvəlində məhsul yığıma gedəcək:

“Bu da özünü bazarda hiss etdirəcək və gələn ilin fevral ayının sonlarına qədər qiymətlərin aşağı düşməsinə təsir edəcək. Biz yerli məhsulumuzu bazara çıxarmaqla gəlir götürmək istəmirik və əsasən daha ucuz məhsulun çıxarılmasını istəyirik”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Alkoqol qaraciyərin "evini yıxır"

Alkoqol qaraciyərin "evini yıxır"

Hamilə qadının şişən barmağından üzük belə çıxarıldı - VİDEO

Hamilə qadının şişən barmağından üzük belə çıxarıldı - VİDEO

ABŞ-da varlıların məkanında ATIŞMA - ÖLƏNLƏR VAR

ABŞ-da varlıların məkanında ATIŞMA - ÖLƏNLƏR VAR

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq

Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq

İsmayıllıda ağac kafenin üzərinə aşdı - FOTO

İsmayıllıda ağac kafenin üzərinə aşdı - FOTO

Kamçatkada yenə güclü ZƏLZƏLƏ

Kamçatkada yenə güclü ZƏLZƏLƏ

Telefonunuzdakı bu tətbiqləri dərhal silin

Telefonunuzdakı bu tətbiqləri dərhal silin

Səhər bu qidanı yeməyin

Səhər bu qidanı yeməyin

Britaniya bu gün Fələstini dövlət kimi tanıyacaq

Britaniya bu gün Fələstini dövlət kimi tanıyacaq

Daşkəsəndə arvadını döyən kişiyə elektron qolbaq TAXILDI

Daşkəsəndə arvadını döyən kişiyə elektron qolbaq TAXILDI

Tramp Avropadan Rusiya ilə bağlı bunu TƏLƏB ETDİ

Tramp Avropadan Rusiya ilə bağlı bunu TƏLƏB ETDİ

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlum olacaq

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlum olacaq

Xabi Alonsonun rəqabət PLANI

Xabi Alonsonun rəqabət PLANI

Tovuzda evdən kişi meyiti TAPILDI

Tovuzda evdən kişi meyiti TAPILDI

Həssas qruplardan olan uşaq və yeniyetmələrin iştirakı ilə fləş-mob keçirildi

Həssas qruplardan olan uşaq və yeniyetmələrin iştirakı ilə fləş-mob keçirildi

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

Paşinyan səsvermədə qalib gəldi

Paşinyan səsvermədə qalib gəldi

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

End of content

No more pages to load

RADİO