Ucuz almanın sirkəsi NİYƏ BAHADIR?

İnsan sağlamlığı üçün alma kimi, onun sirkəsi də olduqca faydalıdır. Bazarda yerli almanın qiymətinin ucuz olmasına baxmayaraq, ondan hazırlanan sirkənin qiyməti kifayət qədər bahadır. 

Alma sirkəsinin bir çox faydaları var və bu səbəbdən çox istehlak olunan məhsullar sırasındadır. 

Bu məhsul ağız boşluğunda yaranan pis qoxu, ödəm, qəbzlik, şişkinlik, mədə ağrısı, qaşınma, əzələ xəstəlikləri, artıq çəki problemi, stres və saymaqla bitməyən bir çox problemlərin dərdinə dərmandır.

Bu cür və daha çox faydalı seqmentlərə malik olan alma sirkəsi marketlərdə olduqca bahadır. Digər meyvələrdən hazırlanan sirkələr 1-2 manata satıldığı halda, alma sirkəsi 3 manat və daha yuxarı qiymətə təklif edilir.  

Azərbaycanda alma sirkəsinin daha baha olmasına səbəb olan amil nədir? 

Bununla bağlı Bizim.Media-ya açıqlama verən  iqtisadçı-ekspert Akif Nəsirlinin bildirib ki, xarici ölkələrdə alma sirkəsinin reklamı sayəsində əhali bu məhsuldan istifadə edir və  tələbat artır. Azərbaycanda isə son illərdə bu məhsula maraq artıb: 

“Son illər dünyanın inkişaf etmiş ölkələrində alma sirkəsinə ehtiyac günü-gündən artır. Bu da alma sirkəsinin şəfalı bir məhsul olması ilə bağlıdır. Adətən xarici ölkələrdə bu məhsula tələbatın genişləndirilməsi üçün müəyyən təbliğatlar aparılır. Azərbaycanda da bu istiqamətdə işlər gedir. Əvvəllər sirkəyə tələbat çox aşağı olsa da, hazırda kifayət qədərdir. Getdikcə alma sirkəsinə tələbat artmasına baxmayaraq bunun istehsalının genişləndirilməsi tələbata adekvat reaksiya vermir. Düşünürəm ki, bazar bunu özü gələcəkdə həll edəcək”. 

Ekspertin sözlərinə görə, alma sirkəsinin hazırlanmasına üçün Azərbaycanda kifayət qədər potensial var, sadəcə zaman lazımdır ki, istehsalı genişləndirilsin:  

“Sahibkarlar  alma sirkəsinə olan bazar tələbatına qarşılıq olaraq, sirkə  istehsalına yönələ  bilər. Yaxın müddət ərzində bir çox sahibkar bu istiqamətdə biznesi genişləndirməyə ehtiyac duyacaq”. 

Röyanə Oğuz, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məktəb binası uçdu - ANBAAN VİDEO

Məktəb binası uçdu - ANBAAN VİDEO

Alkoqol qaraciyərin "evini yıxır"

Alkoqol qaraciyərin "evini yıxır"

Hamilə qadının şişən barmağından üzük belə çıxarıldı - VİDEO

Hamilə qadının şişən barmağından üzük belə çıxarıldı - VİDEO

ABŞ-da varlıların məkanında ATIŞMA - ÖLƏNLƏR VAR

ABŞ-da varlıların məkanında ATIŞMA - ÖLƏNLƏR VAR

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq

Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq

İsmayıllıda ağac kafenin üzərinə aşdı - FOTO

İsmayıllıda ağac kafenin üzərinə aşdı - FOTO

Kamçatkada yenə güclü ZƏLZƏLƏ

Kamçatkada yenə güclü ZƏLZƏLƏ

Telefonunuzdakı bu tətbiqləri dərhal silin

Telefonunuzdakı bu tətbiqləri dərhal silin

Səhər bu qidanı yeməyin

Səhər bu qidanı yeməyin

Britaniya bu gün Fələstini dövlət kimi tanıyacaq

Britaniya bu gün Fələstini dövlət kimi tanıyacaq

Daşkəsəndə arvadını döyən kişiyə elektron qolbaq TAXILDI

Daşkəsəndə arvadını döyən kişiyə elektron qolbaq TAXILDI

Tramp Avropadan Rusiya ilə bağlı bunu TƏLƏB ETDİ

Tramp Avropadan Rusiya ilə bağlı bunu TƏLƏB ETDİ

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlum olacaq

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlum olacaq

Xabi Alonsonun rəqabət PLANI

Xabi Alonsonun rəqabət PLANI

Tovuzda evdən kişi meyiti TAPILDI

Tovuzda evdən kişi meyiti TAPILDI

Həssas qruplardan olan uşaq və yeniyetmələrin iştirakı ilə fləş-mob keçirildi

Həssas qruplardan olan uşaq və yeniyetmələrin iştirakı ilə fləş-mob keçirildi

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

Paşinyan səsvermədə qalib gəldi

Paşinyan səsvermədə qalib gəldi

End of content

No more pages to load

RADİO