“70-ci illərin şousu” serialındakı rolu ilə məşhurlaşan amerikalı aktyor Denni Masterson iki qadına təcavüz etdiyinə görə 30 il həbs cəzasına məhkum edilib.
Bizim.Media “ABC News”-a istinadən xəbər verir ki, aktyor hər ittiham üçün ardıcıl olaraq 15 illik həbs cəzası çəkəcək.
Məlumata görə, Denni, həmçinin “təcavüzkar” kimi qeydiyyatdan keçməli olacaq.
Mastersonun özü keçmiş sevgilisi də daxil olmaqla üç fərqli qadının ittihamlarından sonra üç zorlama faktı üzrə özünü təqsirli bilməyib.
Rəşad Əliyev, Bizim.Media