Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Bizim.Media xəbər verir ki, hadisə nəticəsində Dəmirçilər kənd sakini 57 yaşlı Ziyarət Xəlilov və onun övladı 27 yaşlı Xəlilov Elvin Ziyarət vəfat edib.
26 yaşlı Cövdət Qasımov və Məhərrəm Məmmədov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki hərəkətdə olan "Mercedes” markalı minik avtomobili "VAZ 21011”-ə dəyərək yol kənarındakı ağaclara çırpılıb. (apa)
Bizim.Media