Qərbi Azərbaycan İcmasından ABŞ Konqresinin ittihamlarına SƏRT REAKSİYA

Sentyabrın 6-da ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında Azərbaycan əleyhinə dinləmələr təşkil olunub və hazırda bəzi Qərb ölkələrində tüğyan edən azərbaycanofobiya yarışında xüsusi canfəşanlıq göstərən Luis Okampo tərəfindən ölkəmizə qarşı bir sıra hədyanlar səsləndirilib. Bu, bir daha Tom Lantos Komissiyasının riyakarlığını, insan hüquqları mövzusunu istismar edərək onu siyasiləşdirməsini və bir sıra dairələr tərəfindən Azərbaycana qarşı aparılan düşmənçilik kampaniyasında yer almasını göstərir.

Bizim.Media xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının açıqlamasında yer alıb.

Açıqlamada qeyd olunub:

“Tom Lantos Komissiyasını başqa ölkələrin daxili işlərinə kobud müdaxilə etməməyə, diqqəti öz ölkələrinə verməyə, məsələn, köklü amerikalıların hüquqlarının qorunması, polisin həddindən artıq güc tətbiq etməsi, Luis Okampoya qoşularaq Azərbaycana qarşı gülünc ittihamlar səsləndirən Xuan Mendesi vaxtilə BMT-nin işgəncələrə qarşı xüsusi məruzəçisi olarkən onun çoxsaylı müraciətlərinə baxmayaraq, nəyə görə Quantanamo həbsxanasına buraxılmaması kimi məsələləri müzakirə etməyə çağırırıq.

Qərbi Azərbaycan İcması hesab edir ki, bu dinləmələr bölgədə gərginliyi qəsdən artıran Ermənistanı, revanşist qüvvələri daha da ruhlandırır.

O Ermənistanı ki, 30 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməkdən boyun qaçırdıqdan və nəhayət, Azərbaycan tərəfindən döyüş meydanında məğlub edildikdən sonra indi Tom Lantos Komissiyasının 5-10 nəfərin iştirakı ilə təşkil etdiyi dinləmələrdən, amerikan rep ifaçısı Snop Doqun, işi-gücü ancaq Azərbaycana və Türkiyəyə qarşı çirkin kampaniya aparmaq olan rasist zehniyyətli “müstəqil” jurnalist Lindsey Snell kimilərinin tvitlərindən mədət umur.

Tom Lantos Komissiyasını heç vaxt Ermənistan işğalının ağır fəsadları, etnik təmizləmə, Azərbaycan xalqının iztirabları, o cümlədən Ermənistandan deportasiya olunmuş azərbaycanlıların taleyi maraqlandırmayıb.
Əgər bu Komissiya qərəzsiz olsaydı və məsələlərə dini təəssübkeşlik prizmasından yanaşmasaydı, onda belə dinləmələri qərbi azərbaycanlıların Ermənistana - öz dədə-baba yurdlarına qayıdışı ilə bağlı təşkil etməli idi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:11 aprel tarixində baş vermiş mühüm hadisələr

BİZİM TƏQVİM:11 aprel tarixində baş vermiş mühüm hadisələr

Kraliçanın 100 illik yubileyi keçiriləcək

Kraliçanın 100 illik yubileyi keçiriləcək

Depressiyadan qorunmağın ən asan yolu

Depressiyadan qorunmağın ən asan yolu

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

Məşhur aktyor "A.B.İ"də - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

“WhatsApp”a yeni funksiya gəldi

“WhatsApp”a yeni funksiya gəldi

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

Aysel Teymurzadənin övladlarının FOTOSU

Aysel Teymurzadənin övladlarının FOTOSU

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

End of content

No more pages to load

RADİO