"UNESCO-nun bizə müsbət cavabı önəmli haldır" - Qərbi Azərbaycan İcması

"UNESCO-nun Qərbi Azərbaycan İcmasına müsbət cavabı regionun tarixinin təhrif edilməməsi baxımından önəmli haldır".

Bizim.Media xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcmasının (QAİ) sözçüsü Ülviyyə Zülfiqar səsləndirib.

Onun sözlərinə görə, Qərbi Azərbaycan İcması həm indiki Ermənistan ərazisindən çıxarılan soydaşlarımızın hüquqlarının bərpası, həm də burdakı irsimizlə bağlı ədalətin təmin olunması istiqamətində beynəlxalq miqyasda apardığı fəaliyyətini davam etdirir:

"Bununla bağlı ötən gün UNESCO-dan İcmaya artıq ikinci rəsmi cavab gəlib.

Daha əvvəl İcma Azərbaycan ictimaiyyətinin də bu quruma göndərmiş olduğu müraciəti təkrarlamaqla Ermənistana maddi irsimizlə bağlı faktaraşdırıcı missiyanın göndərilməsini tələb edən məktub ünvanlayaraq, həmçinin Qərbi Azərbaycanlıların maddi və qeyri-maddi mədəni irsi, o cümlədən elə 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmış aşıq sənəti barədə məlumat verərək soydaşlarımıza qarşı törədilən insanlıq cinayətləri nəticəsində irsimizə dəyən zərər barədə narahatlığını ifadə etmişdi.Həmin məktuba da qurum tərəfindən müsbət cavab verilmişdi".

"Bir əraziyə və ya bir millətə məxsus mədəni irsin dağıdılması bütün bəşəriyyətə zərər vurulması deməkdir, çünki bu halda bəşər tarixinin müəyyən bir kəsimi qərəzli şəkildə məhv edilir.
Sözügedən hallar, yəni dünya maddi və qeyri – maddi mədəni irsinin qorunması birbaşa UNESCO-nun mandatına daxil olduğu üçün qurum indi də İcmaya cavab məktubu göndərərək, mədəni irsin qorunması sahəsində təşkilatımızın çağırışına uyğun olaraq müvafiq addımlar atacağını bildirib və potensialın gücləndirilməsi sahəsində dəstək göstərmək barədə İcmanın xahişinə müsbət cavab verib", - o qeyd edib.

İcma sözçüsü əlavə edib ki, bu, həm soydaşlarımızın mədəni irsinin qorunması istiqamətində, həm də regionun tarixinin təhrif edilməməsi baxımından müsbət bir haldır:

"İndiki Ermənistan ərazisində yüzlərlə məscid, onlarla karvansaray, qala, tarixi abidələrimiz, qayaüstü təsvirlərimiz, eləcə də beş yüzə yaxın məzarlığımız ya tamamilə dağıdılmış halda, ya da məhv olmaq üzrədir.

Salamat qalan abidələrimiz də Göy Məscid kimi başqa ölkəyə məxsusmuş kimi təqdim edilməkdədir. Bu, insanlığa qarşı haqsızlıqdır, ədalətsizlikdir, cinayətdir.

Dağıdılan Qərbi Azərbaycan abidələri təkcə bizə yox, həm də dünya irsinə məxsusdur, ona görə də bu abidələrə dünya miqyasında sahib çıxılmalı, yer üzündən tamamilə silinmələrinə imkan verilməməlidir".
Ü.Zülfiqar vurğulayıb ki, Qərbi Azərbaycan İcması bütün istiqamətlərdə olduğu kimi irsimizə sahib çıxılması istiqamətində də fəaliyyətini davam etdirəcək, soydaşlarımızın öz ata-baba yurdlarına geri qayıtması və orda yaşaması üçün bütün mümkün siyasi və hüquqi vasitələrdən istifadə edəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Baş məşqçi olmaq istəməzdim"

"Baş məşqçi olmaq istəməzdim"

Xəmir çox mayalanarsa nə olar?

Xəmir çox mayalanarsa nə olar?

Xanəndənin xəstəxanadakı VİDEOSU icazəsiz çəkilibmiş

Xanəndənin xəstəxanadakı VİDEOSU icazəsiz çəkilibmiş

Matçda dava düşdü, iki klub da CƏZALANDIRILDI

Matçda dava düşdü, iki klub da CƏZALANDIRILDI

Sibiqa Aİ-nin İrana qarşı sanksiyalarını ALQIŞLADI

Sibiqa Aİ-nin İrana qarşı sanksiyalarını ALQIŞLADI

Bakalavr və magistr dərəcələri LƏĞV EDİLƏCƏK

Bakalavr və magistr dərəcələri LƏĞV EDİLƏCƏK

Muraddan diqqət çəkən AÇIQLAMA: “Boşandığımızı kim deyib?” - VİDEO

Muraddan diqqət çəkən AÇIQLAMA: “Boşandığımızı kim deyib?” - VİDEO

Sabiq klubu Qurban Qurbanovu TƏBRİK ETDİ

Sabiq klubu Qurban Qurbanovu TƏBRİK ETDİ

Azərbaycan ərazisi İrana qarşı hücumlar üçün istifadə edilməyəcək - RƏSMİ

Azərbaycan ərazisi İrana qarşı hücumlar üçün istifadə edilməyəcək - RƏSMİ

Aptekdən dərman alacaq şəxslərin NƏZƏRİNƏ - Bundan sonra...

Aptekdən dərman alacaq şəxslərin NƏZƏRİNƏ - Bundan sonra...

Xroniki yorğunluğun səbəbi nədir - ARAŞDIRMA

Xroniki yorğunluğun səbəbi nədir - ARAŞDIRMA

Ceyhun Bayramov və Abbas Əraqçi arasında telefon danışığı olub

Ceyhun Bayramov və Abbas Əraqçi arasında telefon danışığı olub

“Razılaşmaların yerinə yetiriləcəyinə ümid edirik” - Zelenski

“Razılaşmaların yerinə yetiriləcəyinə ümid edirik” - Zelenski

Sahibkar qadının ölkədən çıxışına "stop" qoyuldu: 800 minlik borc

Sahibkar qadının ölkədən çıxışına "stop" qoyuldu: 800 minlik borc

Poqba Argentina klubuna KEÇİR

Poqba Argentina klubuna KEÇİR

Abşeron Gənclər şəhərciyindəki yanğına görə sakinlər təxliyə edildi - VİDEO

Abşeron Gənclər şəhərciyindəki yanğına görə sakinlər təxliyə edildi - VİDEO

Yeni qanunla məzuniyyət ödənişimiz necə hesablanacaq? - RƏSMİ

Yeni qanunla məzuniyyət ödənişimiz necə hesablanacaq? - RƏSMİ

Tramp: “Putindən xahiş etdim ki, Kiyevi və digər şəhərləri bir həftə bombalamasın”

Tramp: “Putindən xahiş etdim ki, Kiyevi və digər şəhərləri bir həftə bombalamasın”

Abşeron Gənclər Şəhərciyində yanğın olub - VİDEO

Abşeron Gənclər Şəhərciyində yanğın olub - VİDEO

Türkiyəli futbolçu “Roma”dan AYRILACAQ

Türkiyəli futbolçu “Roma”dan AYRILACAQ

Fatimə Nazilə Səfərlini efirdə görüb DƏSTƏYİ ASDI - VİDEO

Fatimə Nazilə Səfərlini efirdə görüb DƏSTƏYİ ASDI - VİDEO

Pezeşkian: “Biz özümüzü müdafiə edəcəyik”

Pezeşkian: “Biz özümüzü müdafiə edəcəyik”

Xalq artisti xəstəxanaya yerləşdirildi - FOTO

Xalq artisti xəstəxanaya yerləşdirildi - FOTO

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

End of content

No more pages to load

RADİO