Yaponiyanın şimal-şərqində 7,2 maqnitudalı zəlzələ olub.
Bizim.Media ''RİA Novosti''yə istinadla xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya Agentliyi məlumat yayıb.
Məlumata görə, yeraktı tökanlar yerli vaxtla saat 18: 09-da ölkənin şimal-qərbində, Miyagi prefekturası ərazisində qeydə alıb.
Ölkədə sunami təhlükəsi də elan edilib. Miyagi sahillərindəki sunaminin hündürlüyünün bir metrə çatması ehtimal edilir.
Bizim.Media