Azərbaycanlı nazirdən “yaşıl enerji” ilə bağlı açıqlama: "2027-ci ilədək..."

Azərbaycan 2027-ci ilədək “yaşıl enerji” güclərinin 3 QVt-dan çoxunun istismara verilməsini planlaşıdırır ki, nəticədə elektrik enerjisi istehsalının gücündə bərpa olunan enerji mənbələrinin payı 37 %-dən çox olacaq.

Bizim.Media Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Çində “Ortaq yaşıl gələcək üçün enerji keçidinin birgə təşviqi” devizi altında keçirilən Beynəlxaq Enerji Keçidi Forumunda onlayn formatda çıxışı zamanı bildirib.

O(nun sözlərinə görə, 2030-cu ilə daha 5 QVt-lıq layihələrin reallaşdırılması planlarımız var

Açılış mərasimində çıxış edən nazir enerji keçidinin həyata keçirilməsində siyasi qərarlar qədər iqtisadi və texnoloji reallıqların da mühüm amillərdən olduğunu vurğulayıb.

Bildirilib ki, hazırkı keçidin məqsədi qısa müddət ərzində dünya iqtisadiyyatının enerji əsaslarını tamamilə dəyişdirməkdir:

“Halbuki ilk enerji böhranı göstərdi ki, istənilən uğurlu enerji keçidi enerji trilemmasının təhlükəsizlik, əlçatanlıq və davamlılıqdan ibarət hər üç elementini nəzərə almalıdır. Enerji keçidini sürətləndirməklə yanaşı, mövcud enerji sisteminə investiyalara, aydın baxış və möhkəm əməkdaşlığa ehtiyacımız var. Ətraf mühitin mühafizəsini və enerji təhlükəsizliyini təmin edə biləcək ədalətli və inkluziv enerji keçidini dəstəkləməliyik”.

Energetika naziri region və Avropa ölkələrinin enerji təhlükəsizliyində strateji rol oynayan Azərbaycanın emissiyaları azaltmaqla neft-qaz sektorunun inkişafı ilə bərabər sürətli “yaşıl enerji” kursunu həyata keçirdiyini diqqətə çatdırıb.

Azərbaycan Prezidenti İlham Əliyevin yüksək siyasi iradəsi və aydın strateji baxışının nəticəsi olaraq “yaşıl enerji”nin 2030-cu ilədək ölkəmizin sosial-iqtisadi inkişafında, təmiz ətraf mühitə və “yaşıl artım”a nail olmasında həlledici status qazandığı qeyd edilib:

Hazırda “China Gezhouba Group Overseas Investment” şirkəti də daxil olmaqla beynəlxalq enerji şirkətləri ilə 28 QVt-dan çox “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq edirik”.

Bildirilib ki, bütün bunlar Azərbaycanın müxtəlif istiqamətlərdə ixracatçıya çevrilməsinə, “Xəzər-Aİ yaşıl enerji dəhlizi” vasitəsilə avropalı tərəfdaşlarımızın enerji təchizatının "yaşıl" elektrik enerjisi, hidrogen ilə şaxələndirilməsinə töhfə verəcək. Çıxışda, həmçinin “Bir kəmər, bir yol” layihəsinin iştirakçıları, “Orta Dəhliz”in reallaşdırılmasına çalışan tərəfdaşlar, dost ölkələr olan Azərbaycanla Çinin yaşıl enerji tərəfdaşlığının daha da genişlənəcəyinə inam ifadə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xankəndi sakini: "İnşallah, tezliklə köçümüz də baş tutar" - VİDEO

Xankəndi sakini: "İnşallah, tezliklə köçümüz də baş tutar" - VİDEO

Dağda köməksiz qalan 3 nəfər xilas edildi

Dağda köməksiz qalan 3 nəfər xilas edildi

Alim Qasımov nəticəsi ilə...

Alim Qasımov nəticəsi ilə...

Gəncədə 18 yaşlı oğlanı döyüb yol kənarına atdılar

Gəncədə 18 yaşlı oğlanı döyüb yol kənarına atdılar

Suriya Prezidenti ilk dəfə ABŞ-a getdi

Suriya Prezidenti ilk dəfə ABŞ-a getdi

Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı başladı - CANLI YAYIM

Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı başladı - CANLI YAYIM

“Taliban” Trampın tələbini rədd etdi - FOTO

“Taliban” Trampın tələbini rədd etdi - FOTO

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimi keçirildi - VİDEO

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimi keçirildi - VİDEO

Ruanda Prezidenti Bakıdakı "Formula 1" yarışını izləyəcək - FOTO

Ruanda Prezidenti Bakıdakı "Formula 1" yarışını izləyəcək - FOTO

Gədəbəydə qəzada yaralanan 23 gün sonra Bakıda xəstəxanada öldü

Gədəbəydə qəzada yaralanan 23 gün sonra Bakıda xəstəxanada öldü

Azərbaycanda süni mayalanma niyə bahadır?

Azərbaycanda süni mayalanma niyə bahadır?

Məmurlar Formula 1-də... - FOTO

Məmurlar Formula 1-də... - FOTO

Gənc oğlan və qızlar arasında UÇURUM – Niyə biri-biriləri ilə YOLA GETMİRLƏR?

Gənc oğlan və qızlar arasında UÇURUM – Niyə biri-biriləri ilə YOLA GETMİRLƏR?

Azərbaycan kikboksçuları Avropa Çempionatında 21 medal qazandı

Azərbaycan kikboksçuları Avropa Çempionatında 21 medal qazandı

DYP-dən onlara XƏBƏRDARLIQ

DYP-dən onlara XƏBƏRDARLIQ

"Anakonda" filmi yenidən ekranlarda: Yenilənmiş versiyada - VİDEO

"Anakonda" filmi yenidən ekranlarda: Yenilənmiş versiyada - VİDEO

Biləsuvarda qəza – Sürücü ürək tutmasından öldü

Biləsuvarda qəza – Sürücü ürək tutmasından öldü

Bakıda oğurluq edən gənclər SAXLANILDI

Bakıda oğurluq edən gənclər SAXLANILDI

İsveçli pilot: Podiumda yer aldığım üçün çox xoşbəxtəm

İsveçli pilot: Podiumda yer aldığım üçün çox xoşbəxtəm

Fərdaya ağır ikti - FOTO

Fərdaya ağır ikti - FOTO

Millət vəkili Prezidentə minnətdarlığını bildirdi

Millət vəkili Prezidentə minnətdarlığını bildirdi

Türkiyədə fabrik yandı

Türkiyədə fabrik yandı

End of content

No more pages to load

RADİO