Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun həyat yoldaşı aktrisa Aysel İbrahimovanın halı qəfil pisləşib.
Bizim.Media xəbər verir ki, bununla bağlı cütlük sosial şəbəkə hesablarında məlumat yayıblar.
Belə ki, Hüseyn özəl klinikaların birinin nəzlində olan “İlkin tibbi yardım” bölümündən foto paylaşıb.
Aysel isə sözügedən klinikanın palatasında sistem qəbul edərkən görüntülərini çəkərək izləyiciləri ilə bölüşüb.
Lakin nə Hüseyn xanımının, nə də ki Aysel özü halının qəfil pisləşməsinin səbəbini açıqlamayıblar.
Qeyd edək ki, A.İbrahimova Opera və Balet adına Akademik Rus Dram Teatrının aktrisasıdır.
Rəşad Əliyev, Bizim.Media