Dünya şöhrətli repçi Snup Doqq Azərbaycana qarşı hörmətsizlik edib.
Bizim.Media xəbər verir ki, buna səbəb ölkəmizin ərazisini Ermənistanınkı kimi təqdim etməsi olub.
Belə ki, sentyabırın 23-də Ermənistanda konsert proqramı ilə çıxış edəcək musiqiçi sosial şəbəkə hesabında paylaşdığı postda Azərbaycanın incisi Qarabağ bölgəsini “Arsax” adlandırıb:
“Əziz erməni xalqı, sizi düşünürəm və Ermənistanda, "Arsax"da və bütün dünyada yaşayan ermənilərə öz sevgimi göndərirəm. Hər kəsə sevgi, sülh və möhkəm olmağı arzulayıram. Sentyabrın 23-də gələcəyəm”.
Rəşad Əliyev, Bizim.Media