İsrail şirkətləri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrə cəlb edilib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İsrail Knessetində Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşüb. 

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, Elnur Əliyev geniş əlaqələrə malik ölkələrimizin iqtisadi əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə birgə işlərin davam etdirildiyini vurğulayıb.  

Qeyd edilib ki, Azərbaycanla İsrail müxtəlif sahələrdə bir-birilərinə qarşılıqlı dəstək göstərir. Yüksək səviyyəli səfərlər, keçirilən görüş və tədbirlər münasibətlərin inkişafında önəmli rol oynayır.

3-cü iclası bu ilin aprelində Bakıda keçirilmiş Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya tərəfdaşlığın inkişafı üçün mühüm platformadır.

Ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığı da genişlənir. Ötən il İsraillə ticarət dövriyyəsi 85 faizdən çox artıb. İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması üzrə tədbirlər davam edir. 
İsraillə innovativ inkişaf və rəqəmsal iqtisadiyyat, energetika, sənaye zonaları və aqroparklar, turizm, su təsərrüfatı, qida təhlükəsizliyi, səhiyyə, humanitar və digər sahələrdə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var.

Bunlardan əlavə, İsrail şirkətlərinin azad edilmiş ərazilərimizdə həyata keçirilən reinteqrasiya layihələrinə cəlb edilməsi önəm daşıyır. 

İsrail Knessetində Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun üzvü Yevgeni Sova ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına önəm verdiyini, İsrail şirkətlərinin müxtəlif istiqamətlər üzrə həyata keçirilən layihələrdə, o cümlədən Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirak etməyə maraq göstərdiyini vurğulayıb, əməkdaşlığın inkişafı barədə fikirlərini bölüşüb. 

Görüşdə Azərbaycan-İsrail iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev Malta Prezidentini təbrik etdi

İlham Əliyev Malta Prezidentini təbrik etdi

Moskvalılara “işləmək istəməyən” deyən çeçen biznesmen HƏBS EDİLDİ - FOTO

Moskvalılara “işləmək istəməyən” deyən çeçen biznesmen HƏBS EDİLDİ - FOTO

5 bürcün inanılmaz bacarığı: Onlar hər kəsi şoka salır!

5 bürcün inanılmaz bacarığı: Onlar hər kəsi şoka salır!

Rusiya Ukraynada yanğın söndürənlərə zərbə endirdi - YARALILAR VAR

Rusiya Ukraynada yanğın söndürənlərə zərbə endirdi - YARALILAR VAR

Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da start götürəcək

Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da start götürəcək

Patruşev axtarışa verildi

Patruşev axtarışa verildi

FAKTİKİ HAVA: Dənizdə dalğanın hündürlüyü 4.2 metrə çatdı

FAKTİKİ HAVA: Dənizdə dalğanın hündürlüyü 4.2 metrə çatdı

Messi MLS-in bombardirlər siyahısında ilk pilləyə yüksəldi - VİDEO

Messi MLS-in bombardirlər siyahısında ilk pilləyə yüksəldi - VİDEO

Həsrət Cəfərov final görüşünə çıxacaq

Həsrət Cəfərov final görüşünə çıxacaq

Xankəndi şəhərinə mediatur - FOTO

Xankəndi şəhərinə mediatur - FOTO

Yevgeni Priqojinin “adamı” saxlanıldı

Yevgeni Priqojinin “adamı” saxlanıldı

“Bu sənətkarların həyatı ilə bağlı film çəkilə bilər” – ADLAR

“Bu sənətkarların həyatı ilə bağlı film çəkilə bilər” – ADLAR

Netanyahunun bayram tədbirinə etirazçılar basqın etdi - VİDEO

Netanyahunun bayram tədbirinə etirazçılar basqın etdi - VİDEO

Formula 1: Onun nəticəsi ləğv edildi - RƏSMİ

Formula 1: Onun nəticəsi ləğv edildi - RƏSMİ

Məktəb binası uçdu - ANBAAN VİDEO

Məktəb binası uçdu - ANBAAN VİDEO

Alkoqol qaraciyərin "evini yıxır"

Alkoqol qaraciyərin "evini yıxır"

Hamilə qadının şişən barmağından üzük belə çıxarıldı - VİDEO

Hamilə qadının şişən barmağından üzük belə çıxarıldı - VİDEO

ABŞ-da varlıların məkanında ATIŞMA - ÖLƏNLƏR VAR

ABŞ-da varlıların məkanında ATIŞMA - ÖLƏNLƏR VAR

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq

Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı olacaq

İsmayıllıda ağac kafenin üzərinə aşdı - FOTO

İsmayıllıda ağac kafenin üzərinə aşdı - FOTO

Kamçatkada yenə güclü ZƏLZƏLƏ

Kamçatkada yenə güclü ZƏLZƏLƏ

Telefonunuzdakı bu tətbiqləri dərhal silin

Telefonunuzdakı bu tətbiqləri dərhal silin

Səhər bu qidanı yeməyin

Səhər bu qidanı yeməyin

End of content

No more pages to load

RADİO