“Bu tarixi hadisədir, xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hamımız bayram ərəfəsində bir-birimizə deyirdik ki, gələn il bayramı Şuşada qeyd edəcəyik. Bu gün gəldi. Biz bayramı Cıdır düzündə qeyd edirik”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşada xalqa müraciəti zamanı deyib.
“Tarixi ədaləti bərpa etmişik. Bu gün azad Şuşada biz Novruzu qeyd edirik. Şuşa 28 il əsarətdə idi. Düşmən tərəfindən dağıdılırdı, məhv edilirdi. Şuşanın tarixi siması dağıntılara məruz qalırdı.
Şuşanı erməniləşdirmək, tariximizi silmək istəyirdilər. Amma buna nail ola bilmədilər.
Şuşa sınmadı, öz ləyaqətini, Azərbaycanın milli ruhunu qorudu. Şuşa bizi gözləyirdi və biz gəldik”- deyə dövlət başçısı vurğulayıb.
Bizim.Media